12px13px15px17px
Tarix:22/01/18

8 giqabayt operativ yaddaşlı kompüter brelok hazırlanıb

“Q-Stick” startapı eyniadlı “Q-Stick” kompüter brelok təqdim edib. İstehsalçı onu sinfində ən güclü qurğu adlandırır. Brelokun buraxılışı üçün vəsait toplanışı kampaniyası “Indiegogo” saytında aparılır.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, müxtəlif əməliyyat sistemləri, o cümlədən ən son “Windows”, “Linux” və ya “Android” versiyaları ilə işləyən yeni qurğu “Blaze Plus” və “Blaze Pro” variantlarında satışa çıxarılacaq.

“Blaze Plus” breloku “Atom x7-Z8700” prosessoru ilə təchiz edilib: 14 nanometrlik texnoloji proses üzrə hazırlanan məhsula dörd 64 bitlik “Airmont” atomu, səkkizinci nəsil “Intel” qrafikası və ikikanallı “LPDDR3” yaddaş kontrolleri daxildir. Takt tezliyi 2,4 QHs-dək artırma imkanı ilə 1,6 QHs təşkil edir.

“Blaze Pro” versiyası 1,6 QHs nominal takt tezlikli dörd hesablayıcı nüvəyə malik “Atom x7-Z8750” çipinin idarəetməsi ilə işləyir. Qurğu “microSD” yaddaş kartı vasitəsilə 256 giqabaytadək artırma imkanı ilə 128 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz olunub. Brelok rabitə üçün “Bluetooth 4.1” və “WiFi 802.11n/ac” modullarından istifadə edir. Qrafikanı “Intel HD Graphics 405” çipi həyata keçirir.  

Kompüter brelokunun üstünlükləri arasında 7 saniyəyə işə salınma, enerjiyə qənaətcil texnologiya, eləcə də “4K Ultra HD” formatlı videonu “HDMI 2.0” vasitəsilə ötürmə imkanı qeyd edilir.

“Q-Stick Blaze Plus” kompüter brelokun əsas versiyasının qiyməti 130 dollar, “Blaze Pro” versiyasının isə 179 dollar təşkil edir.  

Nizam Nuriyev 




Baxış sayı: 404

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024