Tarix:22/01/18
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, mütəxəssislər izah edib ki, eksperimentin məqsədi məhz bu şəbəkənin iş qabiliyyətinin nümayiş etdirilməsindən ibarətdir. Bu səbəbdən bütün sazlamalar həyata keçirilib, informasiya əvvəlcə bir sonluğa, sonra digərinə göndərilib. Bu isə o deməkdir ki, yaxın gələcəkdə Çin mütəxəssisləri qitələrarası kvant şəbəkə də yaradaraq ondan informasiyanın ötürülməsi üçün istifadə edə biləcəklər. Avstriya tərəfindən eksperiment iştirakçılarının sözlərinə görə, bu, yaxın illərdə yaradılması gözlənilən mükəmməl kvant internetinin hazırlanması üçün yeni imkanlar açır.
Kvant dolaşıqlıq fenomeni sayəsində bu şəkildə ötürülən məlumatlara müdaxilə qeyri-mümkündür və məhz buna görə mümkün müdaxilə və ya dinləmə istisna edilir. Mütəxəssislər əmindir ki, kvant texnologiyalarından gələcəkdə geniş istifadə olunacaq.
Nizam Nuriyev
Kvant peyk məlumatları 7600 km məsafəyə ötürüb
Çinin iki il əvvəl orbitə buraxılan kvant peyki bir sıra eksperimentlərin aparılmasına kömək edib, ötən yay isə informasiyanı bir-birindən min km aralıda yerləşən üç yerüstü stansiyaya ötürüb. Bu yaxınlarda Çin fizikləri məlumatları Avstriyanın Qras və Çinin Sinlun şəhərləri arasında mühafizəli kanal vasitəsilə ötürərək yenidən rekorda imza atıblar. Şəhərlər arasında məsafə 7 min kilometrdən çoxdur.“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, mütəxəssislər izah edib ki, eksperimentin məqsədi məhz bu şəbəkənin iş qabiliyyətinin nümayiş etdirilməsindən ibarətdir. Bu səbəbdən bütün sazlamalar həyata keçirilib, informasiya əvvəlcə bir sonluğa, sonra digərinə göndərilib. Bu isə o deməkdir ki, yaxın gələcəkdə Çin mütəxəssisləri qitələrarası kvant şəbəkə də yaradaraq ondan informasiyanın ötürülməsi üçün istifadə edə biləcəklər. Avstriya tərəfindən eksperiment iştirakçılarının sözlərinə görə, bu, yaxın illərdə yaradılması gözlənilən mükəmməl kvant internetinin hazırlanması üçün yeni imkanlar açır.
Kvant dolaşıqlıq fenomeni sayəsində bu şəkildə ötürülən məlumatlara müdaxilə qeyri-mümkündür və məhz buna görə mümkün müdaxilə və ya dinləmə istisna edilir. Mütəxəssislər əmindir ki, kvant texnologiyalarından gələcəkdə geniş istifadə olunacaq.
Nizam Nuriyev
Baxış sayı: 462
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet