12px13px15px17px
Tarix:22/01/18

“LG” şirkəti təhlükəsiz “X4+” smartfonunu təqdim edib

“LG Electronics” şirkəti qabaqcıl səs imkanları və mexaniki zədələrdən yüksək qoruma səviyyəsinə malik olan “X4+” smartfonunu təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “MIL-STD-810” hərbi standartı üzrə sertifikatlaşdırılmış qurğu yüksək və aşağı temperaturlara (işçi temperatur diapazonu -20°С-dən +60°С-dək təşkil edir), vibrasiya, zərbə və yerə düşməyə qarşı dayanıqlıdır.

Smartfonda 32 bit/192 kHs formatında keyfiyyətli səsi təmin edən daxili rəqəmli-analoq çeviricidən istifadə olunur.

“LG X4+” smartfonu 5,3 düymlük HD displey, 1,4 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 425” prosessoru, 2 QB-lıq əməli yaddaş və 32 QB-lıq daxili yaddaşla təchiz edilib.

Aparat 13 meqapiksellik əsas, 5 meqapiksellik ön kameralarla təchiz edilib. Barmaq izləri skaneri, “LG Pay” ödəmə sistemi və “4G LTE”, “Wi-Fi 802.11 b/g/n”, “Bluetooth 4.2”, “GPS” və “NFC” simsiz kommunikasiya vasitələri quraşdırılıb. Qurğu 3000 milliamper/saat tutumlu akkumulyator batareyasına malikdir.

2018-ci ilin yanvarın sonunda satışa çıxarılacaq “LG X4+” smartfonunun qiyməti təxminən 282 dollar təşkil edəcək.

Emil Hüseynov




Baxış sayı: 376

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024