12px13px15px17px
Tarix:23/01/18

Robot alim yeni dərman kəşf edib

Kembric Universitetinin tədqiqatçıları süni intellekt vasitəsilə malyariya əleyhinə yeni dərman yaradıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, malyariya təkcə Afrika və Cənub-Şərqi Asiyada ildə yarım milyondan çox insanın həyatına son qoyan təhlükəli xəstəlikdir. Malyariyanın profilaktika və müalicəsi ilə bağlı daha bir problem malyariya plazmodilərinin bəzi ştammlarının (malyariya törədicisi) dərmanlara qarşı tez immunitet yaratmasından ibarətdir və bu səbəbdən daim təhlükəli mikroorqanizmin yeni “zəif yer”lərini axtarmaq lazım gəlir.

Plazmodiyə hansı vasitələrlə qalib gəlməyin mümkünlüyünü müəyyənləşdirmək üçün alimlər “Eve” adlı robot alimdən istifadə ediblər. Süni intellekt analiz zamanı belə qənaətə gəlib ki, yeni dərman triklozan maddəsi (ağız boşluğunda bakteriyalarla mübarizə üçün diş məcununun tərkibinə əlavə edilir) ola bilər. Triklozan yağlı turşu və hüceyrələrin  qidalanması sintezində iştirak edən enoil reduktaz fermentini azaldır.

Məlum olub ki, triklozan malyariya plazmodisi mərhələlərindən birinin inkişafının qarşısını ala bilir. Lakin aparılan eksperimentlər zamanı alimlər tərəfindən müəyyənləşdirilib ki, triklozan plazmodinin digər fermentinə - digidrofolatreduktaza da təsir göstərir. Onun bundan əvvəl malyariya əleyhinə digər dərmanla – pirimetaminlə qarşısı alınmağa cəhd göstərilsə də, dünyada bu dərmana qarşı dayanıqlı ştammlar mövcuddur. Məhz triklozan hətta bu dayanıqlı plazmodi ştammlarına qarşı effektiv olub. Triklozanın istehsalının ucuz olmasını nəzərə alaraq yeni dərmanın kütləvi istehsalına yaxın vaxtlarda başlanacağı gözlənilir.

Nizam Nuriyev 




Baxış sayı: 375

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024