Tarix:24/01/18
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, dekabrda buraxılan “Android 8.1” hazırda geniş yayılmadığına görə ilk yeniləmələrlə əməliyyat sisteminin ən yeni versiyasının quraşdırıldığı “Pixel”, “Pixel 2”, “Nexus 6P” və “Nexus 5X” smartfon modelləri təmin ediləcək.
Məlumata görə, “Android” sistemi “Wi-Fi” sürətini yalnız ictimai şəbəkələrə qoşulmazdan əvvəl göstərəcək. Parolla mühafizə edilən qapalı nöqtələr bu informasiyadan yararlana bilməyəcək.
Siqnalın səviyyəsini “Wi-Fi” nişanı göstərəcək: nişan nə qədər rəngli olsa, siqnal bir o qədər güclü olacaq. Şəbəkələr sürətə görə 4 kateqoriyaya bölünəcək: zənglər etməyə və mətnli bildirişlər göndərməyə imkan verən “Zəif”, saytlar açmağa və musiqi dinləməyə imkan verən “Normal”, eləcə də onlayn videoya baxmağa şərait yaradan “Sürətli” və “Çox sürətli”.
Qoşulma sürətinin ekranda göstərilməsini işə salmaq üçün “Şəbəkə və internet” -> “Wi-Fi” -> “Wi-Fi sazlaması” -> “Əlavə sazlamalar” -> “Şəbəkələrin mənbə reytinqi” -> “Yox” funksiyalarına keçid almaq tələb olunur.
Nizam Nuriyev
“Android” sistemi ən sürətli “Wi-Fi” şəbəkəsini tapmağa kömək edəcək
“Android 8.1” (Oreo) əməliyyat sistemi istifadəçi simsiz şəbəkəyə qoşulmazdan əvvəl “Wi-Fi” şəbəkəsinin siqnal səviyyəsini və sürətini göstərməyə başlayacaq. Yeni funksiyanı aktivləşdirən yeniləmə bu həftə ərzində istifadəçilərin ixtiyarına veriləcək.“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, dekabrda buraxılan “Android 8.1” hazırda geniş yayılmadığına görə ilk yeniləmələrlə əməliyyat sisteminin ən yeni versiyasının quraşdırıldığı “Pixel”, “Pixel 2”, “Nexus 6P” və “Nexus 5X” smartfon modelləri təmin ediləcək.
Məlumata görə, “Android” sistemi “Wi-Fi” sürətini yalnız ictimai şəbəkələrə qoşulmazdan əvvəl göstərəcək. Parolla mühafizə edilən qapalı nöqtələr bu informasiyadan yararlana bilməyəcək.
Siqnalın səviyyəsini “Wi-Fi” nişanı göstərəcək: nişan nə qədər rəngli olsa, siqnal bir o qədər güclü olacaq. Şəbəkələr sürətə görə 4 kateqoriyaya bölünəcək: zənglər etməyə və mətnli bildirişlər göndərməyə imkan verən “Zəif”, saytlar açmağa və musiqi dinləməyə imkan verən “Normal”, eləcə də onlayn videoya baxmağa şərait yaradan “Sürətli” və “Çox sürətli”.
Qoşulma sürətinin ekranda göstərilməsini işə salmaq üçün “Şəbəkə və internet” -> “Wi-Fi” -> “Wi-Fi sazlaması” -> “Əlavə sazlamalar” -> “Şəbəkələrin mənbə reytinqi” -> “Yox” funksiyalarına keçid almaq tələb olunur.
Nizam Nuriyev
Baxış sayı: 326
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet