Tarix:25/01/18
“ICTnews” Elektron Xəbər Xidməti “Popmech” resursuna istinadən yazır ki, şirkət rəhbəri Ceyms Cannardın sözlərinə görə, smartfon iki rejimdə - adi “2D” və holoqrafik “4V” rejimində işləyəcək 5,5 düym diaqonallı ekranla təchiz ediləcək. “4V” rejimi eynək tələb etmədən təsviri “3D” formatından daha yaxşı göstərəcək. Bundan başqa, smartfon videonu yeni “4V” formatında çəkə biləcək. Şirkət bu formatlı videonu paylaşmağa və ya satmağa imkan verəcək “Hydrogen Network” platformasını istifadəyə verməyi planlaşdırır”- o bildirib.
Həmçinin məlum olub ki, “Hydrogen One” smartfonu “Snapdragon 835” prosessoru, qulaqcıqlar üçün 3,5 millimetrlik çıxış, “USB-C” və “microSD” çıxışları və 4500 milliamper/saat tutumlu akkumulyator ilə təchiz olunacaq.
Qeyd edək ki, 2017-ci ilin yayında “Red” şirkəti ilk smartfon üçün ilkin sifarişlərin qəbuluna başlayıb. “Hydrogen One” iki variantda – qiyməti 1595 dollar təşkil edən titan korpusda və alümin korpusda (1195 dollar) təklif olunub. Qurğunun bu ilin yayında satışa çıxarılacağı gözlənilir.
Nizam Nuriyev
“Red Hydrogen One” holoqrafik smartfonu yayda satışa çıxarılacaq
Ötən il “Android” sistemli “Hydrogen One” smartfonunu nümayiş etdirən məşhur kameralar istehsalçısı “Red” şirkəti bu dəfə yeni qurğunun texniki xüsusiyyətləri barədə məlumatlar açıqlayıb.“ICTnews” Elektron Xəbər Xidməti “Popmech” resursuna istinadən yazır ki, şirkət rəhbəri Ceyms Cannardın sözlərinə görə, smartfon iki rejimdə - adi “2D” və holoqrafik “4V” rejimində işləyəcək 5,5 düym diaqonallı ekranla təchiz ediləcək. “4V” rejimi eynək tələb etmədən təsviri “3D” formatından daha yaxşı göstərəcək. Bundan başqa, smartfon videonu yeni “4V” formatında çəkə biləcək. Şirkət bu formatlı videonu paylaşmağa və ya satmağa imkan verəcək “Hydrogen Network” platformasını istifadəyə verməyi planlaşdırır”- o bildirib.
Həmçinin məlum olub ki, “Hydrogen One” smartfonu “Snapdragon 835” prosessoru, qulaqcıqlar üçün 3,5 millimetrlik çıxış, “USB-C” və “microSD” çıxışları və 4500 milliamper/saat tutumlu akkumulyator ilə təchiz olunacaq.
Qeyd edək ki, 2017-ci ilin yayında “Red” şirkəti ilk smartfon üçün ilkin sifarişlərin qəbuluna başlayıb. “Hydrogen One” iki variantda – qiyməti 1595 dollar təşkil edən titan korpusda və alümin korpusda (1195 dollar) təklif olunub. Qurğunun bu ilin yayında satışa çıxarılacağı gözlənilir.
Nizam Nuriyev
Baxış sayı: 356
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet