Tarix:26/01/18
“ICTnews” Elektron Xəbər Xidməti “Popmech” resursuna istinadən yazır ki, linza elastik şəffaf əsasdan, antena, qlükoza sensoru və şəffaf keçirici material zolağı ilə birləşdirilən kiçik işıq diodundan ibarətdir. Antena yaxın vericidən radiosiqnalı qəbul edərək onu az miqdarda elektrik enerjisinə çevirir. Sensor gözyaşı mayesində qlükozanın miqdarını ölçür və qanda şəkərin miqdarı çoxalan zaman işıq dioduna siqnal ötürür. Qurğu istifadəçini insulinin qəbul olunması vaxtı barədə xəbərdar edir. Şəkərin səviyyəsi azalmağa başlayan zaman diod sönür.
Məlumata görə, indiyədək təklif olunan “ağıllı” kontakt linzaları prototiplərində (məsələn, Verily Life Sciences startapı) göz üçün potensial təhlükəli bərk və qeyri-şəffaf detallardan istifadə edilib. Qlükoza linza detektoru yaradıcılarının fikrincə, onların ərsəyə gətirdiyi texnologiyada bu çatışmazlıqlar aradan qaldırılıb. Belə ki, linzanın 90 faizi tam şəffafdır, qeyri-elastik materiallardan yalnız ən kiçik materiallar hazırlanıb.
Hazırda dovşanlar üzərində sınaqları keçirilən linzanın gələcəkdə insanlar üzərində testləri planlaşdırılır.
Nizam Nuriyev
“Ağıllı” linza qlükozanın səviyyəsini izləyəcək
Cənubi Koreyanın Ulsan Milli Elm və Texnologiyalar İnstitutunun mühəndisləri “ağıllı” kontakt linzası - gözyaşı mayesində qlükoza sensoru yaradıblar.“ICTnews” Elektron Xəbər Xidməti “Popmech” resursuna istinadən yazır ki, linza elastik şəffaf əsasdan, antena, qlükoza sensoru və şəffaf keçirici material zolağı ilə birləşdirilən kiçik işıq diodundan ibarətdir. Antena yaxın vericidən radiosiqnalı qəbul edərək onu az miqdarda elektrik enerjisinə çevirir. Sensor gözyaşı mayesində qlükozanın miqdarını ölçür və qanda şəkərin miqdarı çoxalan zaman işıq dioduna siqnal ötürür. Qurğu istifadəçini insulinin qəbul olunması vaxtı barədə xəbərdar edir. Şəkərin səviyyəsi azalmağa başlayan zaman diod sönür.
Məlumata görə, indiyədək təklif olunan “ağıllı” kontakt linzaları prototiplərində (məsələn, Verily Life Sciences startapı) göz üçün potensial təhlükəli bərk və qeyri-şəffaf detallardan istifadə edilib. Qlükoza linza detektoru yaradıcılarının fikrincə, onların ərsəyə gətirdiyi texnologiyada bu çatışmazlıqlar aradan qaldırılıb. Belə ki, linzanın 90 faizi tam şəffafdır, qeyri-elastik materiallardan yalnız ən kiçik materiallar hazırlanıb.
Hazırda dovşanlar üzərində sınaqları keçirilən linzanın gələcəkdə insanlar üzərində testləri planlaşdırılır.
Nizam Nuriyev
Baxış sayı: 451
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı