12px13px15px17px
Tarix:29/01/18

“Windows” sistemli smartfon fərdi kompüterə çevrilib

Yanvarın əvvəlində "Windows" smartfonlarında "Windows RT" əməliyyat sistemini istifadəyə verən tərtibatçılar bu dəfə böyük irəliləyişə nail olublar. Belə ki, hazırda əməliyyat sistemi "Lumia 640 XL" smartfon modelində stabil və sürətli işləməyə başlayıb. Sensor idarəetmə və çoxfunksiyalılıq dəstəklənir ki, bu da qurğudan tam kompüter kimi istifadəyə imkan verir.

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, tərtibatçılar tərəfindən səsin "Bluetooth" vasitəsilə ötürülməsinin dəstəklənməsi və qrafik sürətləndiricinin işi tətbiq edilib. Nəticədə sistem kifayət qədər sürətli işləməyə başlayaraq videonu da göstərir. Zərurət yarandıqda smartfonda ofis proqramlarını və s. işə salmaq mümkündür.

Smartfon kənar monitor, klaviatura və "mouse"un qoşulması zamanı əksər istifadəçilərin istənilən əsas vəzifələrini yerinə yetirə bilən tam kompüter rolunda çıxış edir.

Nizam Nuriyev
 




Baxış sayı: 294

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024