Tarix:30/01/18
"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm www.dailycomm.ru" resursuna istinadən yazır ki, ekspertlərin sözlərinə görə, genişformatlı ekrana malik yeni smartfonların satışının zəif olmasına görə birinci rübdə mobil telefonların satışı gözləniləndən aşağı olur.
Yaddaş və digər komponentlərin qiymətinin bahalaşması smartfonların satışının rentabelliyini aşağı salaraq qurğu istehsalçılarını 2017-ci ilin dördüncü rübündən istehsal planlarına düzəlişlər etməyə və ehtiyatların artırılmasını təxirə salmağa məcbur edir.
Mütəxəssislərin proqnozlarına görə, 2018-ci ilin ikinci yarısında mobil operativ yaddaşın kontrakt qiymətləri dəyişməz qalacaq və ya cüzi yüksələcək. Bununla yanaşı, bazara "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən yeni modellərin çıxarılması sayəsində smartfonlara tələbatın artacağı gözlənilir.
Analitik şirkətin gözləntilərinə görə, mobil qurğular üçün "DRAM" yaddaşının qlobal tədarükü cari ilin birinci yarısında məhdud olacaq. Buna səbəb kimi "Samsung" şirkətinin Cənubi Koreyanın Pxentxek şəhərində yerləşən zavodunda yeni istehsal xəttinin ikinci rübədək istifadəyə verilməməsi qeyd olunur.
Nizam Nuriyev
Mobil operativ yaddaşın qiyməti 3 faiz bahalaşacaq
2018-ci ilin birinci yarısında mobil operativ yaddaşın (DRAM) kontrakt qiymətləri əvvəlki rübə nisbətdə 3 faiz bahalaşacaq, illik hesablamada isə artım 5 faiz təşkil edəcək. Bu barədə "DRAMeXchange" analitik şirkətinin proqnozunda deyilir."ICTnews" Elektron Xəbər Xidməti "DailyComm www.dailycomm.ru" resursuna istinadən yazır ki, ekspertlərin sözlərinə görə, genişformatlı ekrana malik yeni smartfonların satışının zəif olmasına görə birinci rübdə mobil telefonların satışı gözləniləndən aşağı olur.
Yaddaş və digər komponentlərin qiymətinin bahalaşması smartfonların satışının rentabelliyini aşağı salaraq qurğu istehsalçılarını 2017-ci ilin dördüncü rübündən istehsal planlarına düzəlişlər etməyə və ehtiyatların artırılmasını təxirə salmağa məcbur edir.
Mütəxəssislərin proqnozlarına görə, 2018-ci ilin ikinci yarısında mobil operativ yaddaşın kontrakt qiymətləri dəyişməz qalacaq və ya cüzi yüksələcək. Bununla yanaşı, bazara "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən yeni modellərin çıxarılması sayəsində smartfonlara tələbatın artacağı gözlənilir.
Analitik şirkətin gözləntilərinə görə, mobil qurğular üçün "DRAM" yaddaşının qlobal tədarükü cari ilin birinci yarısında məhdud olacaq. Buna səbəb kimi "Samsung" şirkətinin Cənubi Koreyanın Pxentxek şəhərində yerləşən zavodunda yeni istehsal xəttinin ikinci rübədək istifadəyə verilməməsi qeyd olunur.
Nizam Nuriyev
Baxış sayı: 341
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet