12px13px15px17px
Tarix:30/01/18

Yenilənmiş “Nokia 3310” telefonu “4G” şəbəkəsini dəstəkləyəcək

“Nokia” brendinin sahibi “HMD Global” şirkəti düyməli “Nokia 3310” mobil telefonunun yeni versiyasını təqdim edib. Çində nümayiş olunan qurğunun dünya bazarına çıxarılacağı planlaşdırılır.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, ötənilki modellə müqayisədə yenilənmiş “Nokia 3310” telefonunun korpusunun ölçüsü böyüdülüb. “4G VoLTE” şəbəkələrində işi dəstəkləyən qurğudan internetə çıxış nöqtəsi kimi istifadə edərək “Wi-Fi” paylamaq mümkündür. Telefonun Çində yerli “China Mobile” operatoru vasitəsilə satışa çıxarılacağı nəzərdə tutulur.

Məlumata görə, “Nokia 3310 4G” telefonu 320 х 240 piksel təsvir ölçülü 2,4 düym diaqonallı ekran, “microSIM” kartı və “microSD” yaddaş kartı üçün çıxışla təchiz olunub. Qurğu, həmçinin “microUSB” interfeysləri, 3,5 millimetrlik audioçıxış, “Bluetooth 4.0”, 2 meqapikselli kamera və 1200 milliamper/saat tutumlu batareya ilə təchiz edilib. Telefonun 256 və 512 meqabayt tutuma malik toplayıcı versiyalarında satışa çıxarılması nəzərdə tutulur.

Hazırda qiyməti barədə məlumat verilməyən “Nokia 3310 4G” telefonunun dünya bazarı üçün fevralda keçiriləcək “MWC 2018” sərgisində nümayiş olunacağı gözlənilir.

Nizam Nuriyev 




Baxış sayı: 320

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024