12px13px15px17px
Tarix:01/02/18

“Nuro” şirkəti sifarişlərin çatdırılması üçün sürücüsüz avtomobil təqdim edib

“Nuro” startapı tərəfindən təqdim edilmiş yığcam sürücüsüz avtomobil prototipi müştəri sifarişlərinin çatdırılması üçün nəzərdə tutulub.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, “Nuro R1” adlı sürücüsüz avtomobilin uzunluğu və eni adi avtomobillərdən kiçikdir. “Nuro R1” avtomobili onun damında qurulmuş lidar, bir neçə radar və kamera sayəsində yollarda adi avtomobil sürəti ilə hərəkət edə bilir.

Sözügedən avtomobilin yaradıcılarının fikrincə, yenilik yaxınlıqda yerləşən mağazalardan edilmiş sifarişlərin müştərilərə çatdırılması üçün kuryer kimi tətbiq ediləcək. Evə yaxınlaşdıqdan sonra avtomobil müştərinin smartfonuna bildiriş göndərəcək. Bundan sonra müştəri sürücüsüz işləyən avtomobilə yaxınlaşmalı, ona göndərilmiş kodu daxil etməli və açılmış yük bölməsindən sifarişi götürməlidir.

Emil Hüseynov






Baxış sayı: 437

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024