12px13px15px17px
Tarix:01/02/18

Dünyada internet istifadəçilərinin sayı nə qədərdir?

“We Are Social” agentliyi və “Hootsuite” platforması qlobal internet auditoriyasının həcminin qiymətləndirildiyi tədqiqatın nəticələrini açıqlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, məlumata görə, 2017-ci il ərzində dünyada internet istifadəçilərinin sayında təxminən 7 faiz artım qeydə alınıb. Nəticədə qlobal internet auditoriyasının həcmi 4 milyard nəfəri ötərək 4,021 milyard təşkil edib.

Beləliklə, hazırda Yer kürəsi əhalisinin 53 faizi internetə çıxış imkanına malikdir. Hesabata görə, planet əhalisinin sayı 7,593 milyard nəfərə bərabərdir.

Qeyd olunur ki, internet auditoriyasının genişlənməsi elektron ticarətin sürətli inkişafına xidmət edir. Ötən il internet vasitəsilə istehlak malları sifariş edən istifadəçilərin sayı 1,77 milyard nəfərə çatıb. Bu, 2016-cı ilin göstəricisi ilə müqayisədə 8 faiz çoxdur.

Tədqiqatdan, həmçinin məlum olub ki, unikal mobil rabitə istifadəçilərinin sayı 5,135 milyard nəfərə yüksəlib. Bu isə dünya əhalisinin təqribən 68 faizi deməkdir.

Nizam Nuriyev 




Baxış sayı: 370

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024