12px13px15px17px
Tarix:02/02/18

“Google”un proqramı hava reyslərinin gecikməsini öncədən proqnozlaşdıra bilir

Təyyarə biletlərinin axtarışı və alınması üçün nəzərdə tutulmuş “Google Flights” servisinin proqramçıları hava reysinin mümkün ola bilən gecikməsini öncədən proqnozlaşdırmağa və bu barədə istifadəçini məlumatlandırmağa imkan verən süni intellekt elementlərindən istifadə ediblər.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, sistem mümkün ola bilən gecikməni proqnozlaşdırmaq üçün təyin edilmiş marşrut üzrə əvvəlki uçuşların statistikasını təhlil edir və gecikmə ehtimalı ən azı 80% olduğu halda istifadəçini bu barədə xəbərdar edir. Bu halda “Google” şirkətindən bildirilib ki, söhbət yalnız proqnozdan gedir və sərnişinlər vaxtında hava limanında olmalıdır.

Emil Hüseynov




Baxış sayı: 358

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024