Tarix:02/02/18
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, “Amazon” şirkəti “Apple” və “Google” kimi tanınmış korporasiyaları geridə qoyub. Bir ildə ABŞ-ın elektron ticarət brendinin dəyəri 42% yüksəlib, hazırda onun dəyəri 150,8 milyard dollar təşkil edir. 146,3 milyard dollaradək bahalaşmış “Apple” brendi ikinci yerdə qərarlaşıb. Lakin mütəxəssislərin fikrincə, indi “Apple” şirkətinin perspektivləri sual altındadır. Ötən il ərzində iki mövqe geriləmiş “Google” korporasiyası hazırda üçüncü yeri tutur. İndi “Google” brendinin dəyəri 120,9 milyard dollar məbləğində qiymətləndirilir.
İlk onluqda, həmçinin “Samsung”, “Facebook”, “AT&T”, “Microsoft”, ABŞ-ın “Verizon” telekommunikasiya şirkəti, “Walmart” ticarət şəbəkəsi və Çinin “ICBC” bankı yer alıblar.
“Amazon” – dünyada internet üzərindən məhsul və xidmətlərin satışını həyata keçirən ən böyük şirkətdir. 1994-cü ildə amerikalı iş adamı Ceff Bezos tərəfindən təsis edilib. Şirkətin adı Amazon çayından götürülüb.
Emil Hüseynov
Bu şirkət dünyada ən bahalı brend adına layiq görülüb
İnternet üzərindən satışlar sahəsində böyük “oyunçu”lardan biri olan ABŞ-ın “Amazon” şirkəti “Brand Finance” tərəfindən tərtib edilmiş dünyanın 500 ən bahalı brendi reytinqində birinci yeri tutub.“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, “Amazon” şirkəti “Apple” və “Google” kimi tanınmış korporasiyaları geridə qoyub. Bir ildə ABŞ-ın elektron ticarət brendinin dəyəri 42% yüksəlib, hazırda onun dəyəri 150,8 milyard dollar təşkil edir. 146,3 milyard dollaradək bahalaşmış “Apple” brendi ikinci yerdə qərarlaşıb. Lakin mütəxəssislərin fikrincə, indi “Apple” şirkətinin perspektivləri sual altındadır. Ötən il ərzində iki mövqe geriləmiş “Google” korporasiyası hazırda üçüncü yeri tutur. İndi “Google” brendinin dəyəri 120,9 milyard dollar məbləğində qiymətləndirilir.
İlk onluqda, həmçinin “Samsung”, “Facebook”, “AT&T”, “Microsoft”, ABŞ-ın “Verizon” telekommunikasiya şirkəti, “Walmart” ticarət şəbəkəsi və Çinin “ICBC” bankı yer alıblar.
“Amazon” – dünyada internet üzərindən məhsul və xidmətlərin satışını həyata keçirən ən böyük şirkətdir. 1994-cü ildə amerikalı iş adamı Ceff Bezos tərəfindən təsis edilib. Şirkətin adı Amazon çayından götürülüb.
Emil Hüseynov
Baxış sayı: 425
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet