Tarix:02/02/18
“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, mütəxəssislər tərəfindən 2012-ci ildən tibb müəssisələrində təkcə fərdi kompüterin deyil, digər internetə qoşulan elektron avadanlıqların mühafizəsinin təmininin vacibliyi ilə bağlı xəbərdarlıqlar edilir. Bu dəfə isə kompüter tomoqrafiyası və maqnit-rezonans tomoqrafiyası avadanlıqlarına kiberhücumların təhlükəsi barədə İsrailin Ben-Qurion Universitetinin ekspertləri çıxış ediblər. Onların yeni hesabatına görə, tibbi avadanlığın mühafizəsinə kifayət qədər diqqət yetirilmir, bu isə yolverilməzdir, çünki boşluqlara malik qurğular xəstələrin sağlamlığı və həyatı üçün təhlükə törədə bilər.
Mütəxəssislərin hesabatında kompüter tomoqrafiyası və maqnit-rezonans tomoqrafiyası avadanlıqlarında boşluqlar üzrə aparılan tədqiqatın nəticələri təqdim olunub. Adətən belə avadanlıqlar tibb müəssisələrinin daxili şəbəkələrinə qoşulur və cinayətkarlar onlara köhnəlmiş əməliyyat sistemi vasitəsilə müdaxilə edirlər. Hakerlər qurğuya hücum edərək onu səhv məlumatlar göstərməyə məcbur etməklə xəstənin sağlamlığına ziyan vura bilərlər.
Tədqiqatçıların sözlərinə görə, hücumların sayı tibbi avadanlıqlarda yeni boşluqların aşkarlanması ilə artmaqda davam edəcək. Artıq xəstəxanaların fırıldaqçı proqram təminatının hücumlarına məruz qalması hallarına rast gəlinib. Bununla belə, ekspertlər xəbərdarlıq edir ki, şifrləmə proqramları tibb müəssisələrinə qarşı yönələn yeganə hücum vektoru deyil. Belə ki, cinayətkarlar şüalanma səviyyəsinin dəyişdirilməsi üçün parametr göstəricilərini saxtalaşdıra, avadanlığın işinə müdaxilə edə, skan edilmə siqnallarını poza və xidmətin göstərilməsinin qarşısını ala bilərlər.
Nizam Nuriyev
Tibbi avadanlıqlara kiberhücumların sayında artım müşahidə edilir
Təhlükəsizlik üzrə tədqiqatçılar kompüter tomoqrafiyası və maqnit-rezonans tomoqrafiyasının aparılması üçün tibbi avadanlıqların kiberhücumlara qarşı boşluqlara malik olmasını bildirirlər.“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, mütəxəssislər tərəfindən 2012-ci ildən tibb müəssisələrində təkcə fərdi kompüterin deyil, digər internetə qoşulan elektron avadanlıqların mühafizəsinin təmininin vacibliyi ilə bağlı xəbərdarlıqlar edilir. Bu dəfə isə kompüter tomoqrafiyası və maqnit-rezonans tomoqrafiyası avadanlıqlarına kiberhücumların təhlükəsi barədə İsrailin Ben-Qurion Universitetinin ekspertləri çıxış ediblər. Onların yeni hesabatına görə, tibbi avadanlığın mühafizəsinə kifayət qədər diqqət yetirilmir, bu isə yolverilməzdir, çünki boşluqlara malik qurğular xəstələrin sağlamlığı və həyatı üçün təhlükə törədə bilər.
Mütəxəssislərin hesabatında kompüter tomoqrafiyası və maqnit-rezonans tomoqrafiyası avadanlıqlarında boşluqlar üzrə aparılan tədqiqatın nəticələri təqdim olunub. Adətən belə avadanlıqlar tibb müəssisələrinin daxili şəbəkələrinə qoşulur və cinayətkarlar onlara köhnəlmiş əməliyyat sistemi vasitəsilə müdaxilə edirlər. Hakerlər qurğuya hücum edərək onu səhv məlumatlar göstərməyə məcbur etməklə xəstənin sağlamlığına ziyan vura bilərlər.
Tədqiqatçıların sözlərinə görə, hücumların sayı tibbi avadanlıqlarda yeni boşluqların aşkarlanması ilə artmaqda davam edəcək. Artıq xəstəxanaların fırıldaqçı proqram təminatının hücumlarına məruz qalması hallarına rast gəlinib. Bununla belə, ekspertlər xəbərdarlıq edir ki, şifrləmə proqramları tibb müəssisələrinə qarşı yönələn yeganə hücum vektoru deyil. Belə ki, cinayətkarlar şüalanma səviyyəsinin dəyişdirilməsi üçün parametr göstəricilərini saxtalaşdıra, avadanlığın işinə müdaxilə edə, skan edilmə siqnallarını poza və xidmətin göstərilməsinin qarşısını ala bilərlər.
Nizam Nuriyev
Baxış sayı: 387
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet