Tarix:05/02/18
"ICTnews" Elektron Xəbər Xidməti "Popmech" resursuna istinadən yazır ki, məlumata görə, uğurlu rekorda səbəb həm də uzunluğu 3,5 metr təşkil edən "TRICOM-1R" peyki ilə də izah olunur. Avtomobilə yerləşən peykin buraxılışı üçün böyük raketə ehtiyac qalmır.
Bildirilir ki, bu, "JAXA" tərəfindən "SS-520−5" raketdaşıyıcısının buraxılışı üçün edilən ilk cəhd deyil. Əvvəlki buraxılış uğursuz olub və raketlə əlaqə startdan 20 saniyə sonra itirilib. İnsidentlə bağlı aparılan araşdırmalardan məlum olub ki, qəzaya səbəb pis izolə edilmiş elektrik birləşməsi olub və buna görə agentlik raketi yenidən buraxmaq qərarına gəlib.
Yaxın gələcəkdə "JAXA" oxşar yeni buraxılışların həyata keçirilməsini planlaşdırmasa da, Yaponiya mütəmadi minipeyklərin buraxılışına yaxınlaşıb.
Qeyd edək ki, "JAXA" Yaponiyanın kosmik və aviasiya proqramına məsul dövlət agentliyidir. Agentlik 1 oktyabr 2003-cü ildə üç müstəqil təşkilatın birləşməsindən sonra təsis edilib. Hazırda "JAXA" Yerin süni peyklərini, avtomatik planetlərarası stansiyalar buraxmaq imkanına malikdir, həmçinin Beynəlxalq Kosmik Stansiya proqramında iştirak edir, pilotlu kosmonavtikanın yaradılmasını və Ayın kəşfini planlaşdırır.
Agentliyin ən yaddaqalan uğuru 2014-cü ilin dekabrında ölkənin cənubunda yerləşən Taneqasima kosmodromundan həyata keçirilən "Hayabusa-2" (Şahin-2) kosmik zondunun buraxılışı olub. 2018-ci ildə zondun "1999 JU3" asteroidinin üst səthinə çataraq oradan torpaq nümunələri götürməsi gözlənilir. Bir sıra alimlərin fikrincə, götürülən nümunələrin tərkibində üzvi maddələr və su ola bilər. Kosmik aparatın Yerə əldə olunan nümunələrlə birlikdə 2020-ci ildə qayıdacağı bildirilir.
Nizam Nuriyev
Yaponiya dünyanın ən kiçik raketdaşıyıcısı ilə peyk buraxıb
Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (Japan Aerospace eXploration Agency - JAXA) dünyanın ən kiçik raketdaşıyıcısı vasitəsilə peykin kosmosa uğurlu buraxılışını həyata keçirib. "SS-520−5" raketdaşıyıcısının çəkisi təxminən 2,9 tona bərabərdir və bu yükün 2,2 tonunu yanacaq təşkil edir. Uzunluğu 10 metr, diametri 50 santimetr olan aparat ev elektron cihazlarında və smartfonlarda rast gəlinən komponentlərdən hazırlanıb."ICTnews" Elektron Xəbər Xidməti "Popmech" resursuna istinadən yazır ki, məlumata görə, uğurlu rekorda səbəb həm də uzunluğu 3,5 metr təşkil edən "TRICOM-1R" peyki ilə də izah olunur. Avtomobilə yerləşən peykin buraxılışı üçün böyük raketə ehtiyac qalmır.
Bildirilir ki, bu, "JAXA" tərəfindən "SS-520−5" raketdaşıyıcısının buraxılışı üçün edilən ilk cəhd deyil. Əvvəlki buraxılış uğursuz olub və raketlə əlaqə startdan 20 saniyə sonra itirilib. İnsidentlə bağlı aparılan araşdırmalardan məlum olub ki, qəzaya səbəb pis izolə edilmiş elektrik birləşməsi olub və buna görə agentlik raketi yenidən buraxmaq qərarına gəlib.
Yaxın gələcəkdə "JAXA" oxşar yeni buraxılışların həyata keçirilməsini planlaşdırmasa da, Yaponiya mütəmadi minipeyklərin buraxılışına yaxınlaşıb.
Qeyd edək ki, "JAXA" Yaponiyanın kosmik və aviasiya proqramına məsul dövlət agentliyidir. Agentlik 1 oktyabr 2003-cü ildə üç müstəqil təşkilatın birləşməsindən sonra təsis edilib. Hazırda "JAXA" Yerin süni peyklərini, avtomatik planetlərarası stansiyalar buraxmaq imkanına malikdir, həmçinin Beynəlxalq Kosmik Stansiya proqramında iştirak edir, pilotlu kosmonavtikanın yaradılmasını və Ayın kəşfini planlaşdırır.
Agentliyin ən yaddaqalan uğuru 2014-cü ilin dekabrında ölkənin cənubunda yerləşən Taneqasima kosmodromundan həyata keçirilən "Hayabusa-2" (Şahin-2) kosmik zondunun buraxılışı olub. 2018-ci ildə zondun "1999 JU3" asteroidinin üst səthinə çataraq oradan torpaq nümunələri götürməsi gözlənilir. Bir sıra alimlərin fikrincə, götürülən nümunələrin tərkibində üzvi maddələr və su ola bilər. Kosmik aparatın Yerə əldə olunan nümunələrlə birlikdə 2020-ci ildə qayıdacağı bildirilir.
Nizam Nuriyev
Baxış sayı: 387
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet