12px13px15px17px
Tarix:05/02/18

İlk dəfə dördüncü rübdə smartfonların qlobal tədarük həcmi azalıb

“Counterpoint Technology Market Research” analitik şirkətinin məlumatına əsasən, 2017-ci ildə dünya bazarına 1,55 milyarddan çox smartfon tədarük olunub. Smartfon tədarüklərinin illik həcminin 2% artmasına baxmayaraq, analitiklər qeyd edirlər ki, ilin son rübündə bazarda ilk dəfə azalma qeydə alınıb. Smartfonların rüblük tədarük həcmi 5% azalaraq 415 milyon təşkil edib.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 2017-ci ilin oktyabr-dekabr aylarında yalnız Yaxın Şərq və Afrika ölkələrində, həmçinin Hindistanda ikirəqəmli artım müşahidə edilib. Ancaq Çin və Avropada smartfon tədarüklərinin azalması mənfi dinamikanın səbəbi olub.

Ötən ilin son rübü brendlər üçün uğursuz olub. İlk dəfə aparıcı 10 smartfon istehsalçısından 7-də azalma qeyd alınıb. Yalnız 3 şirkət – “Xiaomi”, “Oppo” və “Vivo” tədarük həcmini artırmağa nail olub. Çin şirkətlərinin uğuru əsasən, onların ölkə daxilindən kənarda yerləşən bazarlardakı mövqelərinin möhkəmlənməsi nəticəsində mümkün olub.

“IDC” analitikləri kimi “Counterpoint” şirkətinin ekspertləri də 2017-ci ilin oktyabr-dekabrında smartfon bazarında birinciliyi “Apple” şirkətinə veriblər. “iPhone” smartfonlarının tədarük həcminin 1% azalmasına baxmayaraq, bu, “Samsung” şirkətini ötmək üçün kifayət edib. İkinci yerdə qərarlaşmış “Samsung” şirkətinin göstəricisi 5% azalıb.

Emil Hüseynov




Baxış sayı: 417

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024