12px13px15px17px
Tarix:06/02/18

“Samsung”un planşetlərinə tələbat azalıb, “iPad”a isə artıb

“IDC” analitik şirkəti 2017-ci il üzrə dünyada planşetlərin satış həcmi üzrə  hesabat tərtib edib.

“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, analitik şirkətin məlumatına görə, planşetlərin satış həcmi 6,5% azalıb. 2017-ci ildə dünyada 163,5 milyon planşet satılıb, halbuki 2016-cı ildə satış həcmi 174,9 milyon olub.

İlk beşlikdə yerləşmiş brendlər arasında ən böyük geriləmə “Samsung” şirkətində qeydə alınıb. Cənubi Koreya şirkəti 2017-ci ildə 24,9 milyon satıb, halbuki 2016-cı ildə bu göstərici 26,6 milyon olmuşdu. Həmçinin “Lenovo”  şirkətində cüzi geriləmə müşahidə olunub. 2017-ci ildə Çin şirkəti 10,3 milyon planşet satıb, halbuki 2016-cı ildə bu göstərici 11 milyon olmuşdu.

Maraqlıdır ki, ilk beşlikdə qərarlaşmış “Apple”, “Amazon” və “Huawei” şirkətləri planşet bazarında öz paylarını artırıblar. Məsələn, "Apple" şirkəti 2017-ci ildə 43,8 milyon planşet satıb ki, bu da əvvəlki illə müqayisədə 1 milyon çoxdur.

Emil Hüseynov




Baxış sayı: 366

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024