Tarix:07/02/18
“ICTnews” Elektron Xəbər Xidməti “computerworld.ru” saytına istinadən yazır ki, “3D” çap texnologiyası əsasən diskret istehsalda tətbiq ediləcək; satış həcmində onun bazar payı 50%-i ötür. 2018-ci ildə tibbi müəssisələr “3D” çap texnologiyalarına 1.3 milyard dollar, təhsil sahəsi 974 milyon dollar, istehlak seqmenti isə 831 milyon dollar xərcləyəcək. 2021-ci ilədək istehlak seqmenti peşəkar xidmətlər və ticarət sahələrini geridə qoyacaq.
2018-ci ildə dünyada prototip, ehtiyat hissələri və yeni məhsulların detallarının istehsalına xərclərin 44%-i düşəcək. 2021-ci ilədək stomatoloji və digər tibbi məhsulların istehsalı müvafiq olaraq dördüncü və beşinci yerlərdə qərarlaşacaq.
Emil Hüseynov
2018-ci ildə “3D” çap bazarının həcmi 12 milyard dollar təşkil edəcək
“IDC” analitiklərinin proqnozuna görə, 2018-ci ildə dünyada “3D” çap üçün avadanlıq, material, proqram və xidmətlərin satış həcmi ötən illə müqayisədə 19,9% yüksələrək təxminən 12 milyard dollar təşkil edəcək, 2021-ci ilədək isə bu göstərici 20 milyard dollara yaxınlaşacaq.“ICTnews” Elektron Xəbər Xidməti “computerworld.ru” saytına istinadən yazır ki, “3D” çap texnologiyası əsasən diskret istehsalda tətbiq ediləcək; satış həcmində onun bazar payı 50%-i ötür. 2018-ci ildə tibbi müəssisələr “3D” çap texnologiyalarına 1.3 milyard dollar, təhsil sahəsi 974 milyon dollar, istehlak seqmenti isə 831 milyon dollar xərcləyəcək. 2021-ci ilədək istehlak seqmenti peşəkar xidmətlər və ticarət sahələrini geridə qoyacaq.
2018-ci ildə dünyada prototip, ehtiyat hissələri və yeni məhsulların detallarının istehsalına xərclərin 44%-i düşəcək. 2021-ci ilədək stomatoloji və digər tibbi məhsulların istehsalı müvafiq olaraq dördüncü və beşinci yerlərdə qərarlaşacaq.
Emil Hüseynov
Baxış sayı: 325
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet