12px13px15px17px
Tarix:07/02/18

“Google” çipi “Instagram” və “WhatsApp”da fotoşəkilləri yaxşılaşdırmağa başlayıb

“Google” şirkəti kənar “Android” əlavələri üçün smartfonlara “HDR+” rejimində çəkilişin keyfiyyətini yaxşılaşdırmağa kömək edən “Visual Core” innovativ vizual təsvir emalı çipini istifadəyə verib. Əvvəllər onun imkanından yalnız “Google” şirkətinin proqramları yararlana bilib.

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, ikinci nəsil “Pixel” smartfonu hazırda “Visual Core” ilə təchiz edilən yeganə qurğudur. Smartfon ötən ilin oktyabrında nümayiş etdirilsə də, şirkət onlarda özü tərəfindən hazırlanan ilk prosessorun quraşdırılması barədə məlumat verməyib. O vaxt “Pixel” smartfonlarının çipinin bir sıra foto imkanlardan proqram təminatının tamamlanmaması səbəbindən yararlanmaq mümkün olmayıb. “IPU” çipi dekabrda “Android 8.1” əməliyyat sisteminin buraxılması ilə tam işə salınıb.

“Google” şirkətinin ilkin “IPU” prosessoru 8 nüvəyə malikdir və onların hər biri “HDR+” rejimi ilə əlaqədar vəzifələrin həlli üçün optimallaşdırılıb. Nəticədə bu rejimdə çəkiliş 5 dəfə tez həyata keçirilir və bu halda enerjinin onda bir hissəsindən istifadə olunur.

“Visual Core” prosessorunun dəstəklənməsi əvvəllər yalnız “Google” proqramları ilə məhdudlaşıb, lakin bu həftədən etibarən çipin imkanlarından xüsusi “API” vasitəsilə kamera funksiyalı bütün əlavələr, o cümlədən “Instagram”, “Snapchat” və “WhatsApp” yararlana bilər. İnterfeys vasitəsilə tərtibatçılar “HDR+” alqoritmindən istifadə edəcəklər ki, bu da fotoçəkiliş prosesini sürətləndirməyə və daha keyfiyyətli şəkillər çəkməyə imkan verəcək.

Nizam Nuriyev 




Baxış sayı: 328

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024