Tarix:07/02/18
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, təxminən 18 ay əvvəl buraxılan “Android Nougat 7.0-7.1” versiyası hazırda qurğuların 28,5 faizində quraşdırılıb. Bu yaxınlaradək birinci yeri tutan “Android Marshmallow 6.0” modifikasiyası 28,1 faiz göstərici ilə ikinci pilləyə enib. Liderlər üçlüyünü 24,6 faizlə “Android Lollipop 5.0-5.1” versiyası tamamlayıb.
Statistikaya görə, hazırda ən yeni “Android - Oreo 8.0-8.1” versiyası “Google” mobil platformasının idarəetməsi ilə işləyən qurğuların 1,1 faizində tətbiq edilir. Bir ay əvvəl pay 0,7 faizə bərabər olub.
Məsələ istifadəçilərin qurğuları yeniləməməsində yox, qurğu istehsalçıları və operatorlar tərəfindən smartfonların 2017-ci ilin avqustunda buraxılan yeni platformaya keçirilməsinin yubadılmasındadır.
“Android” versiyalarının populyarlıq reytinqində, həmçinin “KitKat” (12 faiz), “Jelly Bean” (5 faiz), “Gingerbread” (0,3 faiz) və “Ice Cream Sandwich” (0,4 faiz) yer alıb.
Nizam Nuriyev
“Android” sisteminin versiyaları arasında lider dəyişib
“Google” şirkəti “Android” əməliyyat sisteminin müxtəlif versiyalarının populyarlığını xarakterizə edən yeni statistikasını dərc edib. Bu bazarda lider dəyişib.“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, təxminən 18 ay əvvəl buraxılan “Android Nougat 7.0-7.1” versiyası hazırda qurğuların 28,5 faizində quraşdırılıb. Bu yaxınlaradək birinci yeri tutan “Android Marshmallow 6.0” modifikasiyası 28,1 faiz göstərici ilə ikinci pilləyə enib. Liderlər üçlüyünü 24,6 faizlə “Android Lollipop 5.0-5.1” versiyası tamamlayıb.
Statistikaya görə, hazırda ən yeni “Android - Oreo 8.0-8.1” versiyası “Google” mobil platformasının idarəetməsi ilə işləyən qurğuların 1,1 faizində tətbiq edilir. Bir ay əvvəl pay 0,7 faizə bərabər olub.
Məsələ istifadəçilərin qurğuları yeniləməməsində yox, qurğu istehsalçıları və operatorlar tərəfindən smartfonların 2017-ci ilin avqustunda buraxılan yeni platformaya keçirilməsinin yubadılmasındadır.
“Android” versiyalarının populyarlıq reytinqində, həmçinin “KitKat” (12 faiz), “Jelly Bean” (5 faiz), “Gingerbread” (0,3 faiz) və “Ice Cream Sandwich” (0,4 faiz) yer alıb.
Nizam Nuriyev
Baxış sayı: 363
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet