Tarix:07/02/18
“ICTnews” Elektron Xəbər Xidməti “VistaNews” resursuna istinadən yazır ki, yeni prosessorun ölçüsünün böyük olması səbəbindən onun smartfonlarda quraşdırılmayacağı ehtimal edilir. Belə prosessor istənilən noutbuku beşinci nəsil mobil rabitə şəbəkələrində işləyən qurğuya çevirə biləcək.
Ekspertlərin fikrincə, “Snapdragon 850” onun “Intel” və ya “AMD” kimi rəqiblərindən daha məhsuldar olacaq. Çipin ultrabuklarda və fotoşəkil, oyunlar və videomontajın emalı üçün nəzərdə tutulmayan digər qurğularda quraşdırılması planlaşdırılır.
“5G” standartını dəstəkləyən ilk qurğuların bu il nümayiş olunacağı, satışına isə 2019-cu ilin əvvəlində başlanacağı gözlənilir.
Qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.
Nizam Nuriyev
Noutbuklarda “5G” şəbəkəsini dəstəkləyən yeni prosessor quraşdırılacaq
“Qualcomm” şirkəti noutbuklarda beşinci nəsil rabitə texnologiyasını (5G) dəstəkləyən yeni “Snapdragon 850” mobil çipinin quraşdırılacağını açıqlayıb.“ICTnews” Elektron Xəbər Xidməti “VistaNews” resursuna istinadən yazır ki, yeni prosessorun ölçüsünün böyük olması səbəbindən onun smartfonlarda quraşdırılmayacağı ehtimal edilir. Belə prosessor istənilən noutbuku beşinci nəsil mobil rabitə şəbəkələrində işləyən qurğuya çevirə biləcək.
Ekspertlərin fikrincə, “Snapdragon 850” onun “Intel” və ya “AMD” kimi rəqiblərindən daha məhsuldar olacaq. Çipin ultrabuklarda və fotoşəkil, oyunlar və videomontajın emalı üçün nəzərdə tutulmayan digər qurğularda quraşdırılması planlaşdırılır.
“5G” standartını dəstəkləyən ilk qurğuların bu il nümayiş olunacağı, satışına isə 2019-cu ilin əvvəlində başlanacağı gözlənilir.
Qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.
Nizam Nuriyev
Baxış sayı: 350
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet