12px13px15px17px
Tarix:07/02/18

Avianəqliyyat üçün süni intellektli mühərriklərin istehsalına başlanılacaq

“Rolls-Royce” şirkəti Sinqapurda keçirilən avisalonda yeni “Intelligent Engine” texnologiyasını təqdim edib. Texnologiya bir-biri və yerüstü xidmətlərlə əlaqə qurmağa imkan verən süni intellektə malik avianəqliyyat mühərriklər sistemidir. Yeni mühərriklər öz aralarında və dispetçer xidməti ilə əlaqə qurmaq imkanı sayəsində müxtəlif fövqəladə vəziyyətlərdə uçuşların təhlükəsizliyini təmin edəcəklər.

“ICTnews” Elektron Xəbər Xidməti “VistaNews” resursuna istinadən yazır ki, bundan başqa, “Intelligent Engine” texnologiyası əvvəlki səhvlər üzərində öyrənə və özündə digər mühərriklərin işləməsi barədə bütün informasiyanı saxlaya biləcək. Gələcəkdə texnologiyanın təmir işlərini müstəqil aparması üçün onun təkmilləşdirilməsi planlaşdırılır.

Məlumat bazası informasiyasının emalı və kompüter təlimi texnologiyasının tətbiqi sayəsində mühərriklər mühiti və iş kontekstini “dərk” edə biləcəklər ki, bu da onlara səhvlər üzərində öyrənməyə, bir sıra hadisələri proqnozlaşdırmağa və reaksiya verməyə imkan verəcək. Məsələn, onlar havanın dəyişməsi zamanı iş parametrlərini dəyişə biləcəklər.  

Nizam Nuriyev
 





Baxış sayı: 397

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024