12px13px15px17px
Tarix:08/02/18

“Ağıllı” saat epilepsiya tutmalarından qoruyacaq

“Empatica” şirkəti insanı epilepsiya tutmasının yaxınlaşması barədə əvvəlcədən xəbərdar edəcək “ağıllı” saat təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, “Embrace” adlanan yeni tibbi qurğu əksər oxşar alətlərdən fərqli olaraq kliniki sınaqlardan uğurla keçərək ABŞ Qida və Dərman Administrasiyasından (FDA) lisenziya alıb. “Embrace” saatı nəbz, tənəffüs tezliyi kimi adi tibbi göstəricilərlə yanaşı, stress göstəricilərini, fiziki aktivliyin insanın vəziyyətinə təsirini və yuxu fazasının vəziyyətini izləyir. Saat əldə olunan məlumatlar əsasında əvvəlcədən insanı tutmanın yaxınlaşması barədə xəbərdar edəcək, eləcə də onun valideynlərinə, qəyyumlarına və istifadəçinin inanılmış şəxslər qismində göstərdiyi digər şəxslərə məlumat verəcək.  

Məlumata görə, qurğu Massaçusets Texnologiya İnstitutunun (MIT) professoru Rozalinda Pikard tərəfindən hazırlanıb. O, həmçinin 2011-ci ildə “Affectiva” şirkətində işləyən zaman emosional həyəcanlara reaksiya verməklə epilepsiya tutmalarının xəbərdarlığı üçün istifadə edilən “Q-sensor” cihazının müəllifidir.

“Empatica” şirkətinin təsisçisi Matteo Layanın sözlərinə görə, epilepsiya xəstəsi olmasını gizlədən çoxlu insanlar var. “Statistikaya görə, hər 26-cı insan həyatın müəyyən dövrlərində epilepsiya tutmalarından əziyyət çəkib. Yer kürəsi əhalisinin 1 faizi isə bütün ömrünü epilepsiya ilə yaşayır. Əksər insanların xəstəliyi gizlətmək istəməsinə görə təyinatını bildirməyən istifadəsi rahat qurğunun yaradılması əhəmiyyət kəsb edir”, - o qeyd edib.

Nizam Nuriyev 




Baxış sayı: 444

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024