12px13px15px17px
Tarix:12/02/18

“Şəbəkə” xidmət mərkəzlərində hansı növ turizm xidmətləri göstərilir?

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə yaradılan "Şəbəkə Travel"in fəaliyyətə başlamasından 1 il ötür. Bütün növ poçt və telekommunikasiya xidmətlərinin göstərildiyi "Şəbəkə" mərkəzlərində turizm xidmətlərini təmin etmək üçün yaradılan "Şəbəkə Travel" müasir turizm standartlarına cavab verən çox profilli tur operatorudur.

2017-ci ilin nəticələrinə görə "Şəbəkə Travel" turizm şirkəti kimi "Azeri Business Award" və "Azerbaijan Best Award" mükafatlarına layiq görülüb.

"Şəbəkə Travel"in rəhbəri Natiq Məmmədov bildirib ki, şirkət peşəkar biznes tarixçəsi tələb edən, otellərdə böyük yer və qiymət kvotası olan, "Global Travel Wholesaler"lər ilə (Beynəlxalq Səyahət Topdansatış şirkəti) uğurlu əməkdaşlıq edir.

24 saat fasiləsiz xidmət göstərən turizm şirkəti 500-dən çox aviaşirkətlə, dünyanın 2800-dən çox şəhərinə işgüzar şəxslər və turistlər üçün səyahət imkanı yaradır. Eyni zamanda, Azərbaycan daxili turlar, eləcə də, dünyanın ən böyük 14 kruiz şirkətinin laynerləri ilə kruizlərin təşkili də həyata keçirilir. Dünyanın istənilən nöqtəsində və Azərbaycanda avtomobil icarəsi, aeroport transferi də xidmətlərə daxildir.

N.Məmmədov hazırda qeyd olunan xidmətlərin sayının artırılması istiqamətində işlərin sürətlə davam etdirildiyini vurğulayıb.








Baxış sayı: 590

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024