12px13px15px17px
Tarix:12/02/18

Bu il buraxılacaq “iPhone” modellərinin qiyməti məlum olub

“Apple” şirkəti 2018-ci ilin payızında üç yeni “iPhone” smartfonu təqdim edəcək. Modellərin əsas fərqi çərçivəsiz “Super Retina” ekranı olacaq. Hazırda isə internetdə 2018-ci ildə buraxılacaq “iPhone” modellərinin qiyməti dərc edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “VistaNews” resursuna istinadən yazır ki, ABŞ istehsalçısı istifadəçilərin tələbatını öyrənmək məqsədilə “iPhone X” smartfon modelini buraxıb. Yeni qurğu əlavə funksiyalar və xüsusi komplektləşdirmə baxımından istifadəçilərin rəğbətini qazanıb. Alıcıları razı salmaq üçün sentyabrda 3 yeni qabaqcıl modelin təqdimatı planlaşdırılır. İlkin məlumatlara görə, modellər çərçivəsiz ekran, üz skaneri ilə təchiz ediləcək və simsiz enerjidoldurma funksiyasını dəstəkləyəcək.

Məşhur analitik Fil Cons satış bazarının “Apple” şirkəti tərəfindən yeni məhsulların buraxılması ilə əlaqədar qiymət siyasəti barədə fikirlərini bölüşüb. Belə ki, “IPS” ekranlı 6,1 düym diaqonallı “iPhone” modelinin qiyməti 800-950 dollar, “OLED” displeyli 5,8 düymlük “iPhone”un 950-1100 dollar, “OLED” ekranlı 6,5 düym diaqonallı “iPhone” smartfonunun isə 1100-1250 dollar təşkil edəcək.  

Nizam Nuriyev  




Baxış sayı: 401

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Aprel 2018

20 04 2018

20/04/18
“Oxy Generator” layihəsi “İdeyadan biznesə” startap turunun Mingəçevir üzrə qalibi oldu

Startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək 

20/04/18
“Google” yeni “Chat” hazırlayır və “Allo” messenceri üzərində işləri dayandırır

“Google” şirkəti öz messencerləri ilə bağlı qarma-qarışıqlığı aradan qaldırmaq üçün növbəti dəfə təşəbbüs

20/04/18
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Milli Nüvə Tədqiqatları Mərkəzində olub

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano Azərbaycan Respublikasına rəsmi 

20/04/18
Robot aşpaz mətbəxdə insanı əvəzləyəcək

Yaponiyanın “Sony” şirkəti və ABŞ-ın Karnegi-Mellon Universitetinin mütəxəssisləri mətbəxdə 

20/04/18
“Facebook” öz prosessorlarını yaradır

“Facebook” sosial şəbəkəsi öz prosessorunu hazırlamaq üçün komanda formalaşdırmağa başlayıb. Bu haqda 

20/04/18
SİM-kartlardan qızıl hasil ediləcək

ABŞ-ın “Sandia National Laboratories” laboratoriyasının əməkdaşları elektron komponentlərdən 

20/04/18
Göydələnlərin inşası üçün platforma yaradılıb

Çin mühəndisləri işçilərə hündürmərtəbəli binalar tikməyə kömək edən divardan asılan platforma 

20/04/18
“Honor” brendinə məxsus qabaqcıl smartfon və ultrabuk təqdim edilib

“Huawei” şirkəti “Honor” brendinə məxsus iki yeni qurğusunu (qabaqcıl smartfon və ultrabuk) təqdim edib.