12px13px15px17px
Tarix:14/02/18

Bu gün Milli Televiziya Günüdür

Bu gün ölkəmizdə Milli Televiziya Günü kimi qeyd edilir.
 
Müasir dövrdə həyatımızın ayrılmaz hissəsinə çevrilən televiziya yayımına Azərbaycanda 1956-cı il fevralın 14-də başlanılıb.
 
Ötən 62 il ərzində Azərbaycanda televiziya yayım şəbəkəsi qurulub, ən müasir standartlara əsaslanan televiziya yayım vericiləri istismara verilib.
 
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikintisi başa çatdırılan və 1996-cı ildə istismara verilən Bakı Teleqüllə Kompleksi ölkənin əsas yayım mərkəzi hesab olunur. 310 metr hündürlüyü olan və unikal konstruksiyaya malik bu kompleks vasitəsi ilə yerli və bir çox xarici ölkələrin televiziya proqramları yayımlanır.
 
 Hazırda, Radio Televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyinin ölkə ərazisində fəaliyyət göstərən 109 radio-televiziya yayım stansiyasında istismar olunan 153 ədəd rəqəmli TV verici vasitəsi ilə Azərbaycanda əhali yaşayan ərazilərin 99,7 faizi yayımla təmin olunur.  




Baxış sayı: 588

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024