12px13px15px17px
Tarix:15/02/18

Yeni dron 12 kamera və süni intellektlə təchiz edilib

“Skydio” şirkəti məkanda istiqamətin müəyyənləşdirilməsi üçün 12 kamera ilə təchiz olunan və maneələrə tuş gəlməmək məqsədilə onu əhatə edən obyektlərin həcmli xəritəsini yarada bilən qeyri-adi “Skydio R1” pilotsuz uçan aparatını təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, dronun 8 kamerası aparat ramasının perimetri üzrə yerləşir, digər 4 kamera isə hərəsi 2 olmaqla yuxarı və aşağı istiqamətə yönəlib. Həmçinin pilotsuz uçan aparat 4 girostabilizator və uçuş zamanı “4K” videonu çəkməyə imkan verən əsas kamera ilə təchiz edilib. Kamera məlumatlarının emalı üçün “Skydio R1” dronu dördnüvəli prosessora və 256 nüvəli videoprosessora malik “NVIDIA Jetson TX 1” çipindən istifadə edir. Tərtibatçılar tərəfindən hazırlanan xüsusi kompüter görmə alqoritmindən istifadə edən aparat kamera təsvirlərini birləşdirərək ətraf məkanın həcmli xəritəsini yaradır. Bu sistem sayəsində pilotsuz uçan aparat maneələrdən yan keçərək böyük sürətlə seçilmiş obyekti avtomatik təqib edə bilir.

Məlumata görə, dronun avtomatik uçuş vaxtı 16 dəqiqə, maksimal sürəti saatda 40 km təşkil edir. Tədarük dəstinə idarəetmə pultu daxil deyil. Bunun üçün “Skydio R1” istifadəçisi smartfondan yararlana bilər. Bununla yanaşı, alqoritmlərin texniki xüsusiyyətlərinə görə dron dəniz üzərində uçmaq imkanına malik deyil. Buna səbəb kimi sistemin kəskin dəyişən səthlərinin tanınması vəzifəsinin öhdəsindən pis gəlməsi qeyd olunur.
 
Tədarükünə yaxın həftələrdə başlanacağı gözlənilən dronun qiyməti (dəstə iki akkumulyator daxil olmaqla) 2500 dollar təşkil edəcək.  

Nizam Nuriyev
 





Baxış sayı: 91

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Sentyabr 2020

18/09/20
Çində “5G” istifadəçilərinin sayı 110 milyon olub

Çinin İnformasiya və Kommunikasiya Texnologiyaları Akademiyasının (CAICT) rəhbəri Ven Ku Çünsində

18/09/20
“eSIM” texnologiyası “Əşyalar interneti”nə sürətlə nüfuz edir

“Strategy Analytics” tədqiqat şirkətinin proqnozuna görə, 2025-ci ilədək “Əşyalar interneti (IoT)

18/09/20
“Bluetooth”da aşkar edilmiş boşluq milyardlarla qurğunu təhdid edir

Milyardlarla smartfon, planşet, noutbuk və “Əşyalar interneti” qurğuları bu yay aşkar edilmiş proqram səh

18/09/20
Smartfonlar bazarı pandemiyaya uyğunlaşır

“International Data Corporation” (IDC) şirkəti tədqiqat apararaq dünya smartfonlar bazarında pandemiya və

18/09/20
“Corsair Vengeance i7200” kompüteri “Intel Comet Lake” çipi ilə təchiz edilib

“Corsair” şirkəti “Intel Comet Lake” aparat platforması və “Windows 10 Home” əməliyyat sistemindən

18/09/20
Yığcam “Sony Xperia 5 II” smartfonu təqdim edilib

“Sony” şirkəti sahə üzrə bazarda ən keyfiyyətli displeylərdən biri ilə təchiz edilmiş yığcam “Xperia 5 II

18/09/20
“Xiaomi Redmi Smart TV A55” televizoru 260 dollar qiymətləndirilir

“Xiaomi” şirkəti 55 düym diaqonallı “Redmi Smart TV A55” televizor modelini təqdim edib.

18/09/20
“Panasonic” süni intellektin inkişafına 150 milyon dollar yatıracaq

“Panasonic” şirkəti neyron şəbəkələri əsasında kompüter təlimi texnologiyalarına və süni intellekt sistem

17 09 2020

17/09/20
Yeni implantlar gözdən əlillərin görmə qabiliyyətini bərpa edəcək

Avstraliyalı alimlər tərəfindən təqdim edilmiş qurğu gələcəkdə gözdən əlillərin görmə qabiliyyətini

17/09/20
“Facebook” şirkəti “Oculus Quest 2” virtual reallıq şlemini təqdim edib

“Facebook” şirkəti “Oculus Quest” virtual reallıq şleminin 2-ci nəslini təqdim edib. Ucuz, tamamilə avton

17/09/20
Dinlənilməyən mobil telefonlar məlum olub

Dünyada mövcud texniki həllərin istənilən mobil telefonu dinləməyə imkan verməsinə baxmayaraq А5/3 şifrlə

17/09/20
“GoPro” ikirəngli ekrana malik “Hero 9 Black” ekşn kamerasını təqdim edib

“GoPro” şirkəti əvvəlki modellə müqayisədə bir sıra nəzərəçarpan dəyişikliklər edilmiş yeni “Hero 9 Black

17/09/20
Elektron Təhlükəsizlik Xidməti yeni dərs ilinin başlanması münasibətilə orta məktəb müəllimləri üçün vebinar keçirib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tər

17/09/20
Yük və sərnişin daşımaları üçün dron nümayiş olunub

Sərnişin pilotsuz uçuş aparatlarının istehsalı ilə məşğul olan Çinin “Autoflight” şirkəti Şençjendə keçi

17/09/20
Yeni “Redmi” televizorlar seriyasının istehsalına başlanılıb

“Xiaomi” şirkəti beş ölçüdə buraxılacaq yeni “Redmi” televizorlar seriyasının istehsalına başlamasını r

17/09/20
Sinqapurda sağlam həyat tərzi keçirən sakinlərə pul ödəniləcək

Sinqapur hökuməti “Apple” korporasiyasını səhiyyə sahəsində “LumiHealth” adlı ikiillik proqrama tərəfdaş

17/09/20
“PlayStation 5” konsolunun qiyməti açıqlanıb

“Sony” şirkəti onlayn tədbir zamanı yeni nəsil oyun konsolunun qiymətini açıqlayıb.