12px13px15px17px
Tarix:15/02/18

Süni intellekt gimnastların çıxışlarını qiymətləndirməyə kömək edəcək

Beynəlxalq Gimnastika Federasiyası (FIG) 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında gimnastların çıxışlarının qiymətləndirilməsində hakimlərə kömək üçün Yaponiyanın "Fujitsu" şirkətinin hazırladığı süni intellekt texnologiyalarından istifadəni planlaşdırır.

"ICTnews" Elektron Xəbər Xidməti "Popmech" resursuna istinadən yazır ki, sistem çıxışlar zamanı üçölçülü ötürücülər vasitəsilə toplanan məlumatları təhlil etdikdən dərhal sonra hər çıxışa aid ətraflı informasiya təqdim edəcək.

Məlumata görə, informasiyanın beynəlxalq gimnastika standartları ilə müqayisəsi aparıldıqdan sonra süni intellekt çıxışı qiymətləndirə biləcək.

Bildirilir ki, texnologiyanın tətbiqi ilə bağı müxtəlif fikirlər mövcuddur. Məsələn, "FIG" prezidenti Morinari Vatanabe əmindir ki, gimnastlar tərəfindən yenilik sevinclə qarşılanacaq. Lakin belə fikirlər də var ki, sistem, məsələn, əvvəllər ona məlum olmayan müəyyən hərəkətləri anlaya və adekvat qiymətləndirə bilməyəcək. Bundan başqa, bütün texnologiyalar üçün daha təhlükəlisi isə odur ki, həmişə sistemə müdaxilə riski mövcuddur.  

2020-ci ildə "Fujitsu" süni intellekti hakimlərin köməkçisi rolunda çıxış edərək onları əlavə informasiya ilə təmin edəcək. Lakin gələcəkdə texnologiya özünü doğruldacağı təqdirdə ona daha məsul vəzifələrin həvalə olunacağını ehtimal etmək olar.

Nizam Nuriyev
 





Baxış sayı: 358

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024