12px13px15px17px
Tarix:19/02/18

Süni intellekt ənənəvi metodlardan 17 dəfə çox zəlzələ aşkarlayıb

Harvard Universiteti və Massaçusets Texnologiya İnstitutunun tədqiqatçılar qrupu zəlzələlərin qeydə alınması zamanı süni intellektdən istifadə üsulunu kəşf edib.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “Popmech” resursuna istinadən yazır ki, “ConvNetQuake” adlanan yeni süni intellekt sistemi zəlzələlərin aşkarlanması üçün hazırlanan ilk neyron şəbəkəsidir. Xüsusi alqoritm seysmoqramların qiymətləndirilməsi (torpaq dəyişikliyi qeydləri) vasitəsilə seysmik aktivliyin sadəcə “səs” və ya həqiqi zəlzələ olmasını müəyyənləşdirə bilir. Zəif zəlzələləri “səsə” görə qeydə almaq çətin olsa da, “ConvNetQuake” sisteminin belə fərqləndirməni edə bilməsi qeyd edilir. 
 
Məlumata görə, tədqiqatçılar tərəfindən neyroşəbəkənin təlimi üçün Oklahomanın seysmoaktivlik məlumatlarından istifadə edilib. Məlum olub ki, sistem “Oklahoma Geological Survey” Dövlət Agentliyinin zəlzələlər kataloqunda göstərilən zəlzələlərdən 17 dəfə çox zəlzələ aşkarlayıb.
 
Lakin bununla yanaşı, qeyd olunur ki, “ConvNetQuake” sistemi digər metodları üstələməsinə baxmayaraq zəlzələləri proqnozlaşdıra bilmir və yalnız onları qeydə alır.
 
Nizam Nuriyev 




Baxış sayı: 395

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024