Tarix:20/02/18
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm www.dailycomm.ru” resursuna istinadən yazır ki, Yaponiyanın elektronika istehsalçısının üzvi işıq diodlu ekranlarla (OLED) təchiz edilən və qiyməti 3 min dollardan çox bahalı televizorlar bazarında payı ötən il 44 faizə çatdığı halda 2016-cı ildə şirkətin bu kateqoriyada iştirak payı sıfıra bərabər olub.
Sahə üzrə ekspertlərin fikrincə, “Sony” şirkətinin mövqeyinin kəskin möhkəmlənməsi televizor bazarının ənənəvi liderləri - Cənubi Koreyanın “Samsung Electronics” və “LG Electronics” şirkətləri üçün təhlükə yarada bilər. Onlar da yüksək sinfə aid iriölçülü televizorlar seqmentini nəzarət altına almağa çalışırlar.
Bildirilir ki, 2017-ci ildə “Samsung” və “LG” şirkətlərinin dünya televizorlar bazarında payı 26,5 və 14,6 faiz təşkil etdiyi halda “Sony” şirkətinin müvafiq göstəricisi 10,2 faizə bərabər olub ki, bu da Yaponiya istehsalçısına qlobal televizor sahəsinin liderlər üçlüyünə daxil olmağa imkan verib.
“OLED” televizorlarına gəldikdə, qiyməti 1,5 min dollaradək modellər seqmentində vahid lider “LG Electronics” olub: Cənubi Koreya istehsalçısının bu seqmentə töhfəsi 96,2 faizə çatıb.
Öz növbəsində “WitsView” şirkətinin proqnozuna görə, 2018-ci ildə “OLED TV” yüksək sinfə aid televizorlar bazarında 1,1 faizlik paya sahib çıxmaqla “Samsung Electronics” şirkəti tərəfindən hazırlanan kvant pikselli və ya “QLED TV” modelləri ilə rəqabət aparacaq.
Qeyd edək ki, “OLED” panellər ənənəvi maye-kristal ekranlarla (LCD) müqayisədə bir sıra üstünlüklərə malikdir. Belə ki, üzvi işıq diodları işığı müstəqil şəkildə şüalandıraraq onun işıqlandırılmasına ehtiyacı aradan qaldırır. “OLED” displeylər çox nazik olması, çağırışa qısa vaxt kəsiyində cavab verməsi və istehsalının maya dəyərinin baha olması ilə xarakterizə olunur.
Nizam Nuriyev
Bahalı televizorlar bazarında mövqeyi möhkəmlənən hansı şirkətdir?
Yüksək sinfə aid “OLED” televizorlarına artan tələbat “Sony” şirkətinə 2017-ci ildə bahalı televizorlar kateqoriyasında mövqeyini möhkəmləndirməyə kömək edib. Bu barədə sahə üzrə mənbələrin məlumatlarında deyilir.“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm www.dailycomm.ru” resursuna istinadən yazır ki, Yaponiyanın elektronika istehsalçısının üzvi işıq diodlu ekranlarla (OLED) təchiz edilən və qiyməti 3 min dollardan çox bahalı televizorlar bazarında payı ötən il 44 faizə çatdığı halda 2016-cı ildə şirkətin bu kateqoriyada iştirak payı sıfıra bərabər olub.
Sahə üzrə ekspertlərin fikrincə, “Sony” şirkətinin mövqeyinin kəskin möhkəmlənməsi televizor bazarının ənənəvi liderləri - Cənubi Koreyanın “Samsung Electronics” və “LG Electronics” şirkətləri üçün təhlükə yarada bilər. Onlar da yüksək sinfə aid iriölçülü televizorlar seqmentini nəzarət altına almağa çalışırlar.
Bildirilir ki, 2017-ci ildə “Samsung” və “LG” şirkətlərinin dünya televizorlar bazarında payı 26,5 və 14,6 faiz təşkil etdiyi halda “Sony” şirkətinin müvafiq göstəricisi 10,2 faizə bərabər olub ki, bu da Yaponiya istehsalçısına qlobal televizor sahəsinin liderlər üçlüyünə daxil olmağa imkan verib.
“OLED” televizorlarına gəldikdə, qiyməti 1,5 min dollaradək modellər seqmentində vahid lider “LG Electronics” olub: Cənubi Koreya istehsalçısının bu seqmentə töhfəsi 96,2 faizə çatıb.
Öz növbəsində “WitsView” şirkətinin proqnozuna görə, 2018-ci ildə “OLED TV” yüksək sinfə aid televizorlar bazarında 1,1 faizlik paya sahib çıxmaqla “Samsung Electronics” şirkəti tərəfindən hazırlanan kvant pikselli və ya “QLED TV” modelləri ilə rəqabət aparacaq.
Qeyd edək ki, “OLED” panellər ənənəvi maye-kristal ekranlarla (LCD) müqayisədə bir sıra üstünlüklərə malikdir. Belə ki, üzvi işıq diodları işığı müstəqil şəkildə şüalandıraraq onun işıqlandırılmasına ehtiyacı aradan qaldırır. “OLED” displeylər çox nazik olması, çağırışa qısa vaxt kəsiyində cavab verməsi və istehsalının maya dəyərinin baha olması ilə xarakterizə olunur.
Nizam Nuriyev
Baxış sayı: 416
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet