Tarix:21/02/18
“The Verge” nəşri yazır ki, təklif edilmiş metod pasiyentin qan analizinə əsaslanan mövcud testlər kimi təxminən eyni proqnozlaşdırma dəqiqliyinə malikdir.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, mütəxəssislər alqoritmin təlimi üçün təxminən 300 min pasiyentə aid gözün torlu qişasının şəkilləri və tibbi göstəricilərindən ibarət bazadan istifadə ediblər. Bu məlumatlar əsasında proqram torlu qişanın təsvirləri üzrə insanın yaşını, onun qan təzyiqini, həmçinin siqaret çəkib-çəkmədiyini müəyyənləşdirməyi öyrənib. Bu məlumatlar ümumilikdə ürək-damar xəstəliklərinin inkişaf riski barədə fikir yürütməyə imkan verir.
“The Verge” nəşri yazır ki, gələcəkdə “Google”un alqoritminin tətbiqi həkimlərin işini asanlaşdıra bilər, ancaq öncə bu metod dəqiq yoxlamadan keçməlidir.
Emil Hüseynov
Süni intellekt pasiyentin gözlərinə görə ürək-damar xəstəlikləri riskini proqnozlaşdırmağı öyrənib
“Google” və onun tibbi texnologiyalar üzrə ixtisaslaşmış “Verilu” adlı törəmə şirkətinin mütəxəssisləri tərəfindən yaradılmış alqoritm gözün torlu qişasının şəkillərinin təhlili əsasında insanda ürək-damar xəstəliklərinin yaranma riskini öncədən xəbər vermək qabiliyyətinə malikdir.“The Verge” nəşri yazır ki, təklif edilmiş metod pasiyentin qan analizinə əsaslanan mövcud testlər kimi təxminən eyni proqnozlaşdırma dəqiqliyinə malikdir.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, mütəxəssislər alqoritmin təlimi üçün təxminən 300 min pasiyentə aid gözün torlu qişasının şəkilləri və tibbi göstəricilərindən ibarət bazadan istifadə ediblər. Bu məlumatlar əsasında proqram torlu qişanın təsvirləri üzrə insanın yaşını, onun qan təzyiqini, həmçinin siqaret çəkib-çəkmədiyini müəyyənləşdirməyi öyrənib. Bu məlumatlar ümumilikdə ürək-damar xəstəliklərinin inkişaf riski barədə fikir yürütməyə imkan verir.
“The Verge” nəşri yazır ki, gələcəkdə “Google”un alqoritminin tətbiqi həkimlərin işini asanlaşdıra bilər, ancaq öncə bu metod dəqiq yoxlamadan keçməlidir.
Emil Hüseynov
Baxış sayı: 577
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı