Tarix:22/02/18
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, şirkət çipi smartfon və digər kompüter qurğuları, o cümlədən noutbuk, planşet və hibrid noutbuklar üçün “Wi-Fi 802.11ax” standartını dəstəkləyən ilk inteqrasiya olunmuş həll kimi qələmə verir.
Məlumata görə, yeni “Wi-Fi 802.11ax” standartı “802.11ac Wave-2” standartı ilə müqayisədə simsiz şəbəkənin yüklənmiş efir şəraitində spektral effektivliyini yaxşılaşdıracaq və nəzəri buraxılış qabiliyyətini 2 dəfə artıracaq.
“Wi-Fi 802.11ax” prosessorunun daha bir vacib üstünlüyü yüksək enerji effektivliyindən ibarətdir. Belə ki, enerji sərfiyyatının əvvəlki nəsil həllərlə müqayisədə 67 faiz azalacağı bildirilir.
“WCN3998” çipi “WPA3” simsiz şəbəkə təhlükəsizliyi protokolunu dəstəkləyəcək. Protokol məlumatların fərdiləşdirilmiş şifrləməsindən istifadə edərək açıq şəbəkə istifadəçilərini qoruyur.
Yeni “Qualcomm” məhsulu, həmçinin “Bluetooth 5.1” simsiz rabitəsinin dəstəklənməsini təmin edəcək.
“WCN3998” prosessorunun sınaq tədarüklərinə bu ilin ikinci rübündə başlamaq nəzərdə tutulur.
Nizam Nuriyev
Smartfonlar üçün “Wi-Fi 802.11ax” standartını dəstəkləyən ilk çip yaradılıb
“Qualcomm” şirkəti Barselonada keçiriləcək “Mobile World Congress 2018” (MWC) sərgisi ərəfəsində qabaqcıl “WCN3998” simsiz rabitə çipini nümayiş etdirib.“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, şirkət çipi smartfon və digər kompüter qurğuları, o cümlədən noutbuk, planşet və hibrid noutbuklar üçün “Wi-Fi 802.11ax” standartını dəstəkləyən ilk inteqrasiya olunmuş həll kimi qələmə verir.
Məlumata görə, yeni “Wi-Fi 802.11ax” standartı “802.11ac Wave-2” standartı ilə müqayisədə simsiz şəbəkənin yüklənmiş efir şəraitində spektral effektivliyini yaxşılaşdıracaq və nəzəri buraxılış qabiliyyətini 2 dəfə artıracaq.
“Wi-Fi 802.11ax” prosessorunun daha bir vacib üstünlüyü yüksək enerji effektivliyindən ibarətdir. Belə ki, enerji sərfiyyatının əvvəlki nəsil həllərlə müqayisədə 67 faiz azalacağı bildirilir.
“WCN3998” çipi “WPA3” simsiz şəbəkə təhlükəsizliyi protokolunu dəstəkləyəcək. Protokol məlumatların fərdiləşdirilmiş şifrləməsindən istifadə edərək açıq şəbəkə istifadəçilərini qoruyur.
Yeni “Qualcomm” məhsulu, həmçinin “Bluetooth 5.1” simsiz rabitəsinin dəstəklənməsini təmin edəcək.
“WCN3998” prosessorunun sınaq tədarüklərinə bu ilin ikinci rübündə başlamaq nəzərdə tutulur.
Nizam Nuriyev
Baxış sayı: 439
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet