12px13px15px17px
Tarix:22/02/18

Birdəfəlik kağız batareya təbiəti qoruyacaq

İspaniya alimləri birdəfəlik kağız batareya yaradıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “VistaNews” resursuna istinadən yazır ki, birdəfəlik kağız batareya yaratmaq ideyası yerli “Fuelim” müəssisəsi tərəfindən həyata keçirilib. Alimlərin sözlərinə görə, qurğu kağız, karbon və zəhərsiz metallardan ibarətdir. Hazırda batareyanın zəif gücə malik olmasına baxmayaraq müxtəlif xəstəliklərin test və ya analizinin aparılması üçün ayrı-ayrı qurğuları işə sala bilir.  
 
Qurğu yaradıcısı Xuan Pablo Eskielin sözlərinə görə, hazırda diaqnostika üçün belə birdəfəlik qurğular tam doldurulmuş adi batareya enerjisinin 1 faizini sərf edir. Lakin bundan sonra onu sadəcə kənara ataraq ətraf mühitə ziyan vururlar.
 
Alimlər isə diaqnostik qurğuların işi üçün ekoloji təmiz kağız batareyalardan istifadəni təklif edirlər. Bunun sayəsində istehlakçılar məhsulu ucuz əldə edəcək, təbiət isə az çirkləndiriləcək. İxtiraçının sözlərinə görə, batareya 100 millivatt gücündə 1-6 Vatt gərginlik ötürə bilir.
 
Nizam Nuriyev




Baxış sayı: 407

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024