12px13px15px17px
Tarix:24/02/18

Bu korporasiya 2018-ci ilin ən innovativ şirkəti adına layiq görülüb

“Fast Company” firması “Apple” korporasiyasını 2018-ci ilin ən innovativ şirkəti adlandırıb.

“Apple” şirkətinin ən yaxşı məhsullarının siyahısına “AirPods”, üçüncü nəsil “Apple Watch”, “ARKit” və “iPhone X” texnologiyası daxil edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” saytına istinadən yazır ki, 2017-ci ilədək bir çoxlarının “iPhone” smartfonuna marağı azalmışdı. “Mac” kompüterlərinin yenilənməsi məyusedici idi, “iPad” planşetlərinin satış həcmi artmırdı. Amma 2017-ci il fərqli oldu.

“AirPods” qısa müddətdə hitə çevrildi. “LTE” dəstəkli “Apple Watch” smart saatları satış həcminə görə İsveçrə şirkətini geridə qoymağa nail oldu. “ARKit” məhsulu artırılmış reallıq erasında yeni bir səhifə açdı. Həmçinin “Apple” planetdə ən bahalı korporasiya adına layiq görüldü.

“Fast Company” şirkətinin fikrincə, “Apple” məhz bu nailiyyətlər nəticəsində dünyada ən innovativ şirkət elan edilib. Korporasiya “Netflix”, “Square”, “Tencent” və “Amazon”u geridə qoymağa müvəffəq olub. “Google”, “Microsoft” və “Samsung” şirkətləri isə ümumiyyətlə siyahıda yer almayıb.

Emil Hüseynov





Baxış sayı: 442

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024