Tarix:24/02/18
“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, 2017-ci ilin dördüncü rübündə dünyada təxminən 408 milyon qurğu satılıb. Bu, bir il əvvəlin analoji dövründən 5,6 faiz azdır. Əvvəllər belə hal qeydə alınmayıb.
Məlumata görə, azalmaya üç amil səbəb olub. Birincisi, adi telefonları smartfonlara dəyişən insanların sayı azalıb, çünki ucuz telefonların keyfiyyəti aşağı düşüb. İstifadəçiləri bu addımı atmağa Çin qurğuları, eləcə də saxta və ucuz “Samsung” qurğuları məcbur edib. Nəticədə onlar keyfiyyətsiz smartfon əvəzinə, keyfiyyətli və klassik telefona üstünlük verməyə başlayıblar. İkincisi, əksər insanlar “iPhone” kimi bahalı qurğular alır və uzun müddət onları dəyişmirlər, çünki onların normal işləməsinə görə əvəzlənməyə ehtiyac qalmır. Üçüncüsü, istifadəçilər hələ də keyfiyyətli kameraya malik və “4G” şəbəkəsini dəstəkləyən qurğuları böyük həvəslə alırlar və onları müasir modellərdə cüzi dəyişikliklər maraqlandırmır.
Bildirilir ki, dördüncü rübdə “Samsung” smartfonlarının satışında 3.6 faiz azalma qeydə alınıb. Buna baxmayaraq Cənubi Koreya şirkəti satılan qurğuların sayına görə liderliyini davam etdirir.
“Apple” şirkəti cüzi fərqlə Cənubi Koreya istehsalçısından geri qalır. ABŞ şirkətinin geriliyinə səbəb kimi ucuz smartfonların olmaması və “iPhone X” smartfonlarının satışına gec başlanılması göstərilir. Yeni smartfonun istehsalında dekabrda həll olunan problemlər də öz rolunu oynayıb.
Eyni zamanda “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğuların sayında 1,1 faiz artım qeydə alınıb.
Nizam Nuriyev
Smartfonların satışı tarixdə ilk dəfə azalıb
“Gartner” analitik şirkəti satılan smartfonların sayının 2004-cü ildən ilk dəfə azalmasını açıqlayıb.“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, 2017-ci ilin dördüncü rübündə dünyada təxminən 408 milyon qurğu satılıb. Bu, bir il əvvəlin analoji dövründən 5,6 faiz azdır. Əvvəllər belə hal qeydə alınmayıb.
Məlumata görə, azalmaya üç amil səbəb olub. Birincisi, adi telefonları smartfonlara dəyişən insanların sayı azalıb, çünki ucuz telefonların keyfiyyəti aşağı düşüb. İstifadəçiləri bu addımı atmağa Çin qurğuları, eləcə də saxta və ucuz “Samsung” qurğuları məcbur edib. Nəticədə onlar keyfiyyətsiz smartfon əvəzinə, keyfiyyətli və klassik telefona üstünlük verməyə başlayıblar. İkincisi, əksər insanlar “iPhone” kimi bahalı qurğular alır və uzun müddət onları dəyişmirlər, çünki onların normal işləməsinə görə əvəzlənməyə ehtiyac qalmır. Üçüncüsü, istifadəçilər hələ də keyfiyyətli kameraya malik və “4G” şəbəkəsini dəstəkləyən qurğuları böyük həvəslə alırlar və onları müasir modellərdə cüzi dəyişikliklər maraqlandırmır.
Bildirilir ki, dördüncü rübdə “Samsung” smartfonlarının satışında 3.6 faiz azalma qeydə alınıb. Buna baxmayaraq Cənubi Koreya şirkəti satılan qurğuların sayına görə liderliyini davam etdirir.
“Apple” şirkəti cüzi fərqlə Cənubi Koreya istehsalçısından geri qalır. ABŞ şirkətinin geriliyinə səbəb kimi ucuz smartfonların olmaması və “iPhone X” smartfonlarının satışına gec başlanılması göstərilir. Yeni smartfonun istehsalında dekabrda həll olunan problemlər də öz rolunu oynayıb.
Eyni zamanda “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğuların sayında 1,1 faiz artım qeydə alınıb.
Nizam Nuriyev
Baxış sayı: 373
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet