12px13px15px17px
Tarix:26/02/18

“Nokia 8110” telefonunun yenilənmiş versiyası təqdim edilib

“HMD Global” şirkəti “Nokia 8110” telefonunun yenilənmiş versiyasını təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, orijinal “Nokia 8110” telefonu 1997-ci ildə buraxılıb və "Matrix" filmində istifadə edilib. Formasına görə bu telefona "banan" ləqəbi verilmişdi. Telefonun yeni versiyası 320x240 piksel təsvir ölçülü 2,4 düymlük ekran, 2 meqapiksellik kamera, 4 QB-lıq daşıyıcı ilə təchiz edilib və “4G” dəstəyinə malikdir. Smartfonun avtonom işləmə müddəti 25 gündür. Mayda satışa çıxarılacaq telefonun qiyməti 80 avro təşkil edəcək.

Bundan başqa, şirkət “Nokia 6”, “7 Plus” smartfonlarının yeni versiyasını təqdim edib. “Android One” proqramına daxil edilmiş bu qurğular “Android” sisteminin idarəetməsi altında işləyir və müntəzəm olaraq sistem yeniləmələri əldə edəcəklər. Şirkət, həmçinin qabaqcıl “Nokia 8 Sirocco” smartfonunu təqdim edib.

“Nokia 6” smartfonu “Full HD” təsvir ölçülü 5,5 düymlük ekran, “Snapdragon 630” prosessoru, həmçinin 4 QB-dək əməli yaddaşa malikdir. Akkumulyator batareyasının tutumu 3000 milliamper/saat təşkil edir.

“Nokia 7 Plus” smartfonu 2160x1080 piksel təsvir ölçülü və tərəflər nisbəti 18:9 olan 6 düymlük ekran, 12 və 13 meqapiksellik ikiqat əsas kamera, “Qualcomm Snapdragon 660” prosessoru və 4 QB-lıq əməli yaddaşla təchiz edilib. Apreldə satışa çıxarılacaq bu smartfonun qiyməti 400 avro təşkil edəcək.

Təqdim edilmiş smartfonlar arasında ən bahalı cihaz “Nokia 8”-dir. Sözügedən qurğu 2560x1440 piksel təsvir ölçülü və tərəflər nisbəti 16:9 olan 5,5 düymlük kənarları dairəvi ekrana malikdir. Smartfon “Qualcomm Snapdragon 835” prosessoru, 6 QB-lıq əməli yaddaş və 128 QB-lıq daxili  yaddaşla təchiz edilib. Qurğunun qiyməti 750 avro təşkil edir.

Emil Hüseynov



Baxış sayı: 337

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024