Tarix:26/02/18
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, Çin şirkəti ABŞ korporasiyası ilə saziş imzalamaqla Qərbdə, xüsusilə ABŞ-da biznesini genişləndirmək niyyətindədir. Öz növbəsində “Microsoft” üçün əməkdaşlıq Çin bazarının geniş əhatə olunması deməkdir.
Məlumata görə, memorandum şirkətlərin texnologiyalarından qarşılıqlı istifadəni nəzərdə tutur. Belə ki, “Microsoft” korporasiyası “Xiaomi” şirkətinə smartfonların hazırlanması üçün “Azure” kimi “bulud” hesablama məhsullarından istifadə imkanı yaradacaq. Bunun Çin istehsalçısının beynəlxalq bazara çıxışına kömək edəcəyi bildirilir.
Tərəflər, həmçinin süni intellekt sahəsində “Microsoft” texnologiyalarından, o cümlədən “Cortana” səsli köməkçi funksiyasından birgə istifadəni müzakirə edirlər.
Memorandum tərəfdaşlığın hüquqi öhdəliklərini nəzərdə tutmur. Bundan başqa, əməkdaşlığın maliyyə tərəfi barədə məlumat verilmir.
Qeyd edək ki, fevralda ABŞ xüsusi xidmət orqanları ölkə əhalisinə Çin, xüsusilə “Huawei” smartfonlarından istifadənin mümkün təhlükəsi ilə bağlı xəbərdarlıq ediblər. Federal Təhqiqatlar Bürosu, Mərkəzi Kəşfiyyat İdarəsi, Milli Təhlükəsizlik Agentliyi və Milli Kəşfiyyat İdarəsi “Huawei” istehsalçısının Çin hökumətinin xeyrinə fəaliyyət göstərərək casusluqla məşğul olmasından ehtiyat edir.
Nizam Nuriyev
“Microsoft” və “Xiaomi” şirkətləri arasında tərəfdaşlıq haqqında saziş imzalanıb
ABŞ-ın “Microsoft” korporasiyası və Çinin “Xiaomi” smartfon istehsalçısı arasında “bulud” texnologiyaları, süni intellekt və aparat təminatı sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, Çin şirkəti ABŞ korporasiyası ilə saziş imzalamaqla Qərbdə, xüsusilə ABŞ-da biznesini genişləndirmək niyyətindədir. Öz növbəsində “Microsoft” üçün əməkdaşlıq Çin bazarının geniş əhatə olunması deməkdir.
Məlumata görə, memorandum şirkətlərin texnologiyalarından qarşılıqlı istifadəni nəzərdə tutur. Belə ki, “Microsoft” korporasiyası “Xiaomi” şirkətinə smartfonların hazırlanması üçün “Azure” kimi “bulud” hesablama məhsullarından istifadə imkanı yaradacaq. Bunun Çin istehsalçısının beynəlxalq bazara çıxışına kömək edəcəyi bildirilir.
Tərəflər, həmçinin süni intellekt sahəsində “Microsoft” texnologiyalarından, o cümlədən “Cortana” səsli köməkçi funksiyasından birgə istifadəni müzakirə edirlər.
Memorandum tərəfdaşlığın hüquqi öhdəliklərini nəzərdə tutmur. Bundan başqa, əməkdaşlığın maliyyə tərəfi barədə məlumat verilmir.
Qeyd edək ki, fevralda ABŞ xüsusi xidmət orqanları ölkə əhalisinə Çin, xüsusilə “Huawei” smartfonlarından istifadənin mümkün təhlükəsi ilə bağlı xəbərdarlıq ediblər. Federal Təhqiqatlar Bürosu, Mərkəzi Kəşfiyyat İdarəsi, Milli Təhlükəsizlik Agentliyi və Milli Kəşfiyyat İdarəsi “Huawei” istehsalçısının Çin hökumətinin xeyrinə fəaliyyət göstərərək casusluqla məşğul olmasından ehtiyat edir.
Nizam Nuriyev
Baxış sayı: 300
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet