12px13px15px17px
Tarix:26/02/18

İnsanabənzər “Saram” robotu təqdim olunub

“Samsung” şirkəti süni intellektə malik insanabənzər “Saram” robotunun hazırlanmasını başa çatdırıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, “Saram” şirkət zavodlarının anbarlarında ağır əşyaların qaldırılması və ya yerdəyişməsi üçün istifadə ediləcək robot manipulyatordur. Bununla belə, Cənubi Koreya istehsalçısı “Saram” robotundan cərrahiyyə və ya ev şəraitində istifadə üçün onun funksiyalarının genişləndirilməsi ilə bağlı planlarını açıqlayıb. Lakin şirkət nümayəndələrinin sözlərinə görə, robotun kommersiya istifadəsi barədə danışmaq hələ ki tezdir.

Məlumata görə, “Samsung” bu yaxınlarda robotların vertikal hərəkət etməsi texnologiyası üzərində işi tamamlayıb. Texnologiya ikiayaqlı robotlara stabil duruşu saxlamağa kömək edərək səthin mailliyinin dəyişməsi zamanı baldırla pəncəni birləşdirən oynaq bucağını tənzimləməyə imkan verir. Həmçinin şirkətin planlarına xəritələrin yaradılması üçün yerləri tanıyaraq vizual informasiya toplayan robotun hazırlanması daxildir.

Nizam Nuriyev





Baxış sayı: 352

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024