12px13px15px17px
Tarix:27/02/18

“Huawei” şirkəti kamerası klaviaturada yerləşdirilmiş çərçivəsiz “MateBook X Pro” noutbukunu təqdim edib

2017-ci ildə çərçivəsiz ekrana malik bir sıra smartfon təqdim edilmişdi və yeni istehsalçılar da bu trendə qoşulmuşdular. Artıq bir neçə çərçivəsiz smartfonunu təqdim etmiş Çinin “Huawei” şirkəti Barselonada “MWC” sərgisinin açılışı ərəfəsində “MateBook X Pro” adlı noutbukunu nümayiş etdirib. Sözügedən noutbukun displeyi belə qurğular üçün kiçik çərçivəyə malikdir.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, sensor ekranının diaqonalı 13,9 düym təşkil edən “MateBook X Pro” noutbuku “Intel Core i5” və ya “Core i7” prosessoru ilə işləyir. Həmçinin qurğu “Nvidia MX150” diskret videokartı ilə təchiz edilib.

Ekranın çərçivəsinin nazik olması səbəbindən noutbuk istehsalçıları daxili veb-kameranı yeni yerdə yerləşdirməli olublar. Nəticədə mühəndislər kameranı klaviaturanın yuxarı hissəsində yerləşdirməyə dair qərar veriblər: xüsusi düymənin alt hissəsində yerləşdirilmiş kamera ona toxunuş vaxtı irəli gəlir.

Həmçinin “Huawei”nin yeni noutbuku iki “USB-C” portu, bir “USB-A” portu, barmaq izləri skaneri, qurğuya 14 saatadək avtonom işləməyə imkan verən batareya ilə təchiz edilib. Noutbukun çəkisi 1,33 kq təşkil edir.

Emil Hüseynov





Baxış sayı: 337

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024