Tarix:28/02/18
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, şirkət nümayəndələrinin sözlərinə görə, “5G NR” sınaq şəbəkəsi 3,7 QHs spektrindən istifadə etməklə testlərin keçirilməsi üçün qurulub, sınaqlarda isə “5G” eksperimental qurğusu tətbiq edilib.
Məlumata görə, qoşulma “4G” şəbəkəsindən istifadə olunmaqla quraşdırılan “VOIP” protokol tipi üzrə baş tutub, məlumatların ötürülməsi isə sonradan “5G” texnologiyası ilə həyata keçirilib. Mühəndislər, həmçinin yüksək dəqiqlikli (HD) videozəngin uğurlu sınaqlarını keçiriblər.
“İlk “5G” zəngi avtonom olmayan “NR” arxitekturası standartı dərc edildikdən iki ay sonra həyata keçirilib və bu, nəzərdə tutulandan daha tezdir. Nəticələr bütün dünyaya sahənin “5G” servislərinin kommersiya istifadəsinə hazır olmasını nümayiş etdirir”, - “Huawei” və “Vodafone” şirkətlərinin birgə bəyanatında deyilir.
Bundan başqa, şirkətlər tərəfindən ənənəvi mikrodalğalı IP rabitə xətlərinin “5G” nəqliyyat şəbəkələri üçün həyat qabiliyyəti olan texnologiyalar kimi qalmasını təsdiq edən sınaqlar aparılıb.
Qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.
Nizam Nuriyev
Tarixdə ilk “5G” zəngi edilib
Çinin “Huawei” telekommunikasiya avadanlığı istehsalçısı və “Vodafone” mobil operatoru avtonom olmayan “Non Stand-Alone [NSA] 3GPP 5G NR” (“yeni radio”) arxitekturası standartı əsasında beşinci nəsil mobil rabitə şəbəkələrində (5G) tarixdə ilk zəngi həyata keçiriblər.“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, şirkət nümayəndələrinin sözlərinə görə, “5G NR” sınaq şəbəkəsi 3,7 QHs spektrindən istifadə etməklə testlərin keçirilməsi üçün qurulub, sınaqlarda isə “5G” eksperimental qurğusu tətbiq edilib.
Məlumata görə, qoşulma “4G” şəbəkəsindən istifadə olunmaqla quraşdırılan “VOIP” protokol tipi üzrə baş tutub, məlumatların ötürülməsi isə sonradan “5G” texnologiyası ilə həyata keçirilib. Mühəndislər, həmçinin yüksək dəqiqlikli (HD) videozəngin uğurlu sınaqlarını keçiriblər.
“İlk “5G” zəngi avtonom olmayan “NR” arxitekturası standartı dərc edildikdən iki ay sonra həyata keçirilib və bu, nəzərdə tutulandan daha tezdir. Nəticələr bütün dünyaya sahənin “5G” servislərinin kommersiya istifadəsinə hazır olmasını nümayiş etdirir”, - “Huawei” və “Vodafone” şirkətlərinin birgə bəyanatında deyilir.
Bundan başqa, şirkətlər tərəfindən ənənəvi mikrodalğalı IP rabitə xətlərinin “5G” nəqliyyat şəbəkələri üçün həyat qabiliyyəti olan texnologiyalar kimi qalmasını təsdiq edən sınaqlar aparılıb.
Qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.
Nizam Nuriyev
Baxış sayı: 373
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet