12px13px15px17px
Tarix:28/02/18

Ayda mobil rabitə şəbəkəsi yaratmaq planlaşdırılır

Dünyada ən böyük mobil rabitə operatorlarından biri olan “Vodafone” şirkəti 2019-cu ildə Ayda “4G” mobil rabitə şəbəkəsi yaratmağı planlaşdırır.
 
Məlumata görə, lazımi infrastruktur Berlində fəaliyyət göstərən “PTScientists” şirkəti tərəfindən “Falcon 9” raketinin köməyi ilə Aya ilk özəl uçuş zamanı çatdırılacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, raketin “Nokia”nın telefon dirəklərini Aya aparmasına kömək edəcəyi, həmçinin “Vodafone” şirkəti tərəfindən təmin edilmiş siqnalın isə Ayın səthindən yüksək dəqiqlikli videomateriallar ötürəcəyinə imkan yaradacağı güman edilir.
 
Bundan başqa, mobil şəbəkə “Audi” şirkətinin iki lunoxodu, həmçinin baza rolunu oynayan və ay enmiş “ALINA” (“Autonomous Landing and Navigation Module”) kosmik gəmisi arasında əlaqəni təmin edəcək.
 
Emil Hüseynov





Baxış sayı: 315

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024