Tarix:28/02/18
Hər üç model çərçivəsiz dizayna malikdir.
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, “ASUS Zenfone 5” standart modeli “iPhone X” stilində çərçivəsiz dizayna malikdir və ikiqat əsas kamera ilə təchiz edilib.
“Zenfone 5” smartfonu “Full HD+” təsvir ölçülü və tərəflər nisbəti 19:9 olan 6,2 düymlük ekran, “Sony IMX363” sensoru ilə 12 meqapiksellik əsas kamera və 8 meqapiksellik ön kamera ilə təchiz edilib. Bundan başqa, “Qualcomm Snapdragon 636” prosessoru, 6 QB-lıq əməli yaddaşa malikdir. Akkumulyator batareyasının tutumu 3300 milliamper/saat təşkil edir.
“ASUS Zenfone 5 Lite” smartfonu iki ədəd ikiqat kameraya malikdir: “Sony IMX376” sensoru ilə 20 meqapiksellik ön və 16 meqapiksellik əsas kameralar. “Full HD+” (2160x1080 piksel) təsvir ölçülü 6 düymlük diaqonala malik displeyin tərəflər nisbəti 18:9 təşkil edir. “Qualcomm Snapdragon 630” və “430” prosessorlarından istifadə edilib. Akkumulyator batareyasının tutumu 3300 milliamper/saat təşkil edir. 2 SİM kart və “microSD” yaddaş kartı üçün ayrı slotlar nəzərdə tutulub. “NFC” texnologiyası dəstəklənir. Sifətin tanınması texnologiyası vasitəsilə smartfonu blokdan çıxarmaq mümkündür.
“ASUS Zenfone 5 Z” smartfonu qabaqcıl “Snapdragon 845” prosessoru, 8 QB-dək əməli yaddaş və 256 QB-dək daxili fləş yaddaşla təchiz edilib. Digər xüsusiyyətlərinə görə “Zenfone 5” smartfonunu xatırladır.
Emil Hüseynov
“ASUS” şirkəti çərçivəsiz “ZenFone 5” smartfonlarını təqdim edib
“ASUS” şirkəti Barselonada keçirilən “MWC 2018” sərgisində növbəti nəsil “Zenfone” smartfonlarını (“ASUS Zenfone 5”, “Zenfone 5 Lite” və “Zenfone 5 Z”) təqdim edib.Hər üç model çərçivəsiz dizayna malikdir.
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, “ASUS Zenfone 5” standart modeli “iPhone X” stilində çərçivəsiz dizayna malikdir və ikiqat əsas kamera ilə təchiz edilib.
“Zenfone 5” smartfonu “Full HD+” təsvir ölçülü və tərəflər nisbəti 19:9 olan 6,2 düymlük ekran, “Sony IMX363” sensoru ilə 12 meqapiksellik əsas kamera və 8 meqapiksellik ön kamera ilə təchiz edilib. Bundan başqa, “Qualcomm Snapdragon 636” prosessoru, 6 QB-lıq əməli yaddaşa malikdir. Akkumulyator batareyasının tutumu 3300 milliamper/saat təşkil edir.
“ASUS Zenfone 5 Lite” smartfonu iki ədəd ikiqat kameraya malikdir: “Sony IMX376” sensoru ilə 20 meqapiksellik ön və 16 meqapiksellik əsas kameralar. “Full HD+” (2160x1080 piksel) təsvir ölçülü 6 düymlük diaqonala malik displeyin tərəflər nisbəti 18:9 təşkil edir. “Qualcomm Snapdragon 630” və “430” prosessorlarından istifadə edilib. Akkumulyator batareyasının tutumu 3300 milliamper/saat təşkil edir. 2 SİM kart və “microSD” yaddaş kartı üçün ayrı slotlar nəzərdə tutulub. “NFC” texnologiyası dəstəklənir. Sifətin tanınması texnologiyası vasitəsilə smartfonu blokdan çıxarmaq mümkündür.
“ASUS Zenfone 5 Z” smartfonu qabaqcıl “Snapdragon 845” prosessoru, 8 QB-dək əməli yaddaş və 256 QB-dək daxili fləş yaddaşla təchiz edilib. Digər xüsusiyyətlərinə görə “Zenfone 5” smartfonunu xatırladır.
Emil Hüseynov
Baxış sayı: 577
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet