12px13px15px17px
Tarix:01/03/18

“Android” əməliyyat sisteminin uşaqlar üçün versiyası təqdim edilib

“Escudo Web” şirkətinin ekspertləri 7 yaşdan etibarən uşağın smartfondan təhlükəsiz istifadə etməsinin mümkünlüyü barədə düşünürlər. İspan şirkətinin yeni həlli bunu təsdiq edir.

“ICTnews” Elektron Xəbər Xidməti “igate.com.ua” saytına istinadən yazır ki, Barselonada keçirilmiş “Mobile World Congress 2018” sərgisində “Android” sisteminin əlavə müdafiə səviyyəsi və yeni interfeysə malik xüsusi versiyası təqdim edilib.

Hazırda bu proqram təminatı "valideyn nəzarəti" funksiyasından istifadəyə imkan verir. Bu o deməkdir ki, valideynlər öz şəxsi smartfonları vasitəsilə uşağın arzuolunmaz proqrama girişini məhdudlaşdıra bilərlər. Bundan başqa, günün vaxtı və uşağın gün rejimindən asılı olaraq müxtəlif proqramları bloka salmaq olar. Tədris prosesi zamanı yalnız lazımi proqramlardan (məsələn, “Word”, “Powerpoint”, kalkulyator) istifadəyə icazə vermək, internetə çıxışı isə bloklamaq olar.

Emil Hüseynov





Baxış sayı: 519

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024