Tarix:02/03/18
"ICTnews" Elektron Xəbər Xidməti "Life" resursuna istinadən yazır ki, gödəkcə prototipi üç şirkət – "Nokia", Çexiyanın "GINA" informasiya texnologiyaları şirkəti və Cənubi Koreyanın dəbli "Kolon" brendi tərəfindən hazırlanıb. "CHASE Lifetech FR" nəbzi, təzyiqi, qanda oksigenin miqdarını, istifadəçinin və havanın temperaturunu və s. kimi müxtəlif göstəriciləri ölçən cihazların quraşdırıldığı gödəkcədir.
Bildirilir ki, istifadəçinin sağlamlığını daim nəzarət altında saxlayan qurğu gözlənilməz hal baş verdikdə pulta həyəcan siqnalı göndərir. İlk növbədə gödəkcə işləri həyat üçün risklə əlaqədar peşə nümayəndələri – polislər, xilasedicilər, yanğınsöndürənlər və s. üçün nəzərdə tutulub. Sarı-yaşıl rəngə malik "CHASE Lifetech FR" işıq əksetdiriciləri ilə təchiz edilib və enerjini "USB" vasitəsilə toplayır. İstəyə uyğun olaraq geyimi quraşdırmaq mümkündür: bədənin müxtəlif yerlərində əlavə cihazlar yerləşdirmək olar.
Qiyməti barədə məlumat verilməyən gödəkcə hazırda prototip mərhələsindədir. "Nokia" şirkəti il yarım ərzində "CHASE Lifetech FR" gödəkcəsinin istehlak versiyasını buraxmaq niyyətindədir.
Nizam Nuriyev
“Ağıllı” gödəkcə insanın sağlamlıq göstəricilərinə nəzarət edəcək
Finlandiyanın "Nokia" şirkəti Barselonada keçirilən "Mobile World Congress 2018" sərgisi çərçivəsində "ağıllı" "CHASE Lifetech FR" gödəkcəsini nümayiş etdirib. Məşhur smartfon istehsalçısı tərəfindən yaradılan geyim istifadəçinin sağlamlıq göstəricilərini izləməklə onun həyatını xilas edə bilər."ICTnews" Elektron Xəbər Xidməti "Life" resursuna istinadən yazır ki, gödəkcə prototipi üç şirkət – "Nokia", Çexiyanın "GINA" informasiya texnologiyaları şirkəti və Cənubi Koreyanın dəbli "Kolon" brendi tərəfindən hazırlanıb. "CHASE Lifetech FR" nəbzi, təzyiqi, qanda oksigenin miqdarını, istifadəçinin və havanın temperaturunu və s. kimi müxtəlif göstəriciləri ölçən cihazların quraşdırıldığı gödəkcədir.
Bildirilir ki, istifadəçinin sağlamlığını daim nəzarət altında saxlayan qurğu gözlənilməz hal baş verdikdə pulta həyəcan siqnalı göndərir. İlk növbədə gödəkcə işləri həyat üçün risklə əlaqədar peşə nümayəndələri – polislər, xilasedicilər, yanğınsöndürənlər və s. üçün nəzərdə tutulub. Sarı-yaşıl rəngə malik "CHASE Lifetech FR" işıq əksetdiriciləri ilə təchiz edilib və enerjini "USB" vasitəsilə toplayır. İstəyə uyğun olaraq geyimi quraşdırmaq mümkündür: bədənin müxtəlif yerlərində əlavə cihazlar yerləşdirmək olar.
Qiyməti barədə məlumat verilməyən gödəkcə hazırda prototip mərhələsindədir. "Nokia" şirkəti il yarım ərzində "CHASE Lifetech FR" gödəkcəsinin istehlak versiyasını buraxmaq niyyətindədir.
Nizam Nuriyev
Baxış sayı: 360
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet