12px13px15px17px
Tarix:02/03/18

Çin məhkəməsində ilk dəfə virtual reallıq texnologiyası tətbiq olunub

Pekin orta pilləli birinci Xalq Məhkəməsi Çində ilk dəfə qətl hadisəsinə baxılma zamanı virtual reallıq texnologiyasını rəsmən tətbiq edib. Bu barədə Çin Mərkəzi Televiziyası məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, məhkəmə Lyu soyadlı 19 yaşlı qızın Çjan soyadlı tanışı tərəfindən qətlə yetirilməsi işinə baxıb. Qətl hadisəsi ötən ilin sentyabrında oğlanın Pekindəki ofisində baş verib. O, cinayət törədildikdən sonra hadisə yerini tərk etməyib və çağırışa gələn polislər onu cinayət yerində yaxalayıblar.
 
Məlumata görə, qətlin şahidi qismində qızın Dun soyadlı həmkarlarından biri çıxış edib. Məhz o, Çində virtual reallıq texnologiyası vasitəsilə ifadə verən ilk insan olub.
 
Dinləmələr zamanı prokuror qətlə yetirilən qızın həmkarını xüsusi eynək taxaraq ifadə verməyə dəvət edib və Dun xüsusi avadanlıq vasitəsilə müxtəlif bucaqlardan şahidi olduğu cinayəti təsvir etməyə başlayıb. Onun bütün hərəkətləri emal olunub və cinayət yerinin simulyasiyasının şəkilləri birbaşa məhkəmə zalında quraşdırılan böyük ekranda göstərilib – iştirakçıların hamısı Dunun şahidi olduğunun simulyasiyasını görmək imkanı əldə ediblər.
 
Telekanal qeyd edir ki, indi virtual reallıq texnologiyasından təkcə əyləncə üçün deyil, həm də məhkəmə işlərinə baxılma, cinayətlərin araşdırılması, cinayət yerlərinin və müxtəlif insidentlərin ətraflı öyrənilməsi kimi vacib sahələrdə istifadə etmək olar.
 
Nizam Nuriyev





Baxış sayı: 350

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024