12px13px15px17px
Tarix:03/03/18

“Soundscape” mobil proqramı gözdən əlillər üçün istiqaməti müəyyənləşdirəcək

“Microsoft” korporasiyası gözdən əlil və zəif görən istifadəçilərə ətraf məkanda istiqaməti müəyyənləşdirməyə kömək edən “Soundscape” adlı mobil “iOS” əlavəsi təqdim edib. Gözdən əlillər üçün ictimai təşkilatların iştirakı ilə yaradılan proqram barədə ətraflı məlumat korporasiyanın bloqunda yerləşdirilib.  

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, hazırda ilkin prototipi 2015-ci ilin sonunda nümayiş olunan əlavənin imkanlarını yalnız Böyük Britaniya istifadəçiləri qiymətləndirə bilərlər. Tərtibatçıların sözlərinə görə, “Soundscape” əsanın və ya bələdçi itin əvəzlənməsini deyil, məkanda istiqamətin müəyyənləşdirilməsi vəzifəsini asanlaşdıran əlavə aləti nəzərdə tutur.

Məlumata görə, mobil əlavənin işinin mahiyyəti ondan ibarətdir ki, o, istifadəçiyə ətrafdakı obyektlər haqqında danışa, hərəkət etdiyi küçənin adını xatırlada, müəyyənləşdirilmiş marşrut üzrə hərəkət zamanı dönmənin harada lazım olmasını əvvəlcədən deyə bilir. Bununla yanaşı, “Soundscape” süni səsi qulaqcığın təsvir olunan obyektin yerləşdiyi tərəfdən səslənəcək ki, bu da istifadəçiyə mühiti xəyalən təsəvvür etməyə imkan verəcək.   

Xatırladaq ki, fevralın ortalarında “Microsoft” korporasiyası gözdən əlillərə məkanda istiqaməti müəyyənləşdirməyə kömək edəcək proqram hazırlayıb.

Gözdən əlil şəxs hərəkət etməyə başlayan zaman “canetroller” adlanan əsanı yönəldərək ətrafdakı məkanı skan edəcək. Qurğu obyektləri tanıyır və istifadəçi onlardan birinə yaxınlaşan zaman vibrasiya verməyə başlayır.

Bundan başqa, istifadəçi istiqamətin daha yaxşı müəyyənləşdirilməsi üçün səsi təmin edən qulaqcıqlar dəsti ilə təchiz olunub.

Qurğunun keçirilən sınaqlarında iştirak edən gözdən əlil şəxslərin sözlərinə görə, hazırda çəkisi təxminən 2 kq təşkil edən “canetroller” əsasının çəkisini azaltmaq lazımdır.

Nizam Nuriyev
 






Baxış sayı: 195

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Yanvar 2019

15 01 2019

15/01/19
Böyük elektronika istehsalçıları “8K” Assosiasiyası yaradıblar

İri texnika istehsalçıları “8K” təsvir ölçüsünün inkişafı üçün birləşərək “8K Ass

15/01/19
Nazir Ramin Quluzadə Xızı şəhərində vətəndaşlarla görüşəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 18.01.2019-cu il tarixində 

15/01/19
2018-ci ildə İT xidmətlərinin qlobal satış həcmi 3.7% yüksəlib

“IDC”-nin analitiklərinin məlumatına görə, 2018-ci ildə avadanlıq, proqram təminatı, telekommunikasiya 

15/01/19
“8K UHD” təsvir ölçülü intellektual “LG” televizorları buraxılacaq

“LG” şirkəti bu il “8K UHD” təsvir ölçülü ilk televizor modellərini satışa çıxarmağı planlaşdırır

15/01/19
Bu brauzerdə “Flash” plaqininin dəstəyi dayandırılacaq

2021-ci ilədək “Mozilla” şirkəti “Adobe Flash” texnologiyasının dəstəyini tam dayandırmaq niyyətindədir

15/01/19
“5G” şəbəkəsindən istifadə edilməklə ilk distant cərrahiyyə əməliyyatı keçirilib

Çində dünyada ilk dəfə olaraq beşinci nəsil mobil rabitə şəbəkəsindən (5G) istifadə edilməklə distant 

15/01/19
“WhatsApp” messencerində barmaq izinə görə autentifikasiya sınaqdan keçirilir

“WhatsApp” messencerinin təhlükəsizliyi gücləndirilir. Belə ki, istifadəçi sözügedən messenceri yalnız 

15/01/19
Çin zondu Ayda bioloji eksperiment aparıb

Çinin bir neçə gün əvvəl Ayın əks tərəfinə eniş edən “Çane-4” kosmik aparatı bəşəriyyət tarixində