12px13px15px17px
Tarix:05/03/18

Bu il kiçik və orta biznes şirkətlərinin İT məhsulları üçün xərcləri 4,9 faiz artacaq

Kiçik və orta biznes şirkətləri 2018-ci ildə informasiya texnologiyaları məhsullarının və xidmətlərinin alışına təxminən 602 milyard dollar sərf edəcəklər. Bu, 2017-ci ildən 4,9 faiz çoxdur. Bu barədə “IDC” analitik şirkətinin hesabatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, 2021-ci ilədək alış həcminin 684 milyard dollaradək artacağı proqnozlaşdırılır. Alışların üçdə iki hissəsindən çoxu orta ölçülü şirkətlərin (ştat vahidi 100-999 nəfərdən ibarət), 229 milyard dollar əməkdaşlarının sayı 100-499, 182 milyard dollar əməkdaşlarının sayı 500-999 nəfər təşkil edən şirkətlərin payına düşür.  

Bildirilir ki, xərclər avadanlıq, proqram təminatı və xidmətlər arasında təxminən yarıya bölünür, lakin proqram təminatı alışlarının illik artımı 7,5 faiz təşkil edərək 2021-ci ilədək birinci yerə çıxmaqla avadanlıq alışlarını geridə qoyacaq.

Məlumata görə, bu il 115 milyard dolların fərdi kompüter texnikasının, periferiya qurğularının və mobil telefonların alışına sərf ediləcəyi gözlənilir. Mobil əlavələrin alışına 99 milyard dollar xərclənəcək. İlk növbədə bunlar “ERP” sistemləri, kontentin yaradılması vasitələri və müştərilərlə münasibətlərin idarə edilməsi (Customer Relationship Management, CRM) sahəsi olacaq. Bununla yanaşı, ən sürətli artım (illik orta hesabla 12,2 faiz) birgə iş üçün əlavələr seqmentində qeydə alınacaq. Alışların həcminə görə sonrakı yerdə texnoloji və layihələndirmə autsorsinqi seqmentləri yer alıb.

Nizam Nuriyev





Baxış sayı: 342

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024