Tarix:05/03/18
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, şirkətin balansında 5 xüsusi pilotsuz uçan aparat var: onların ikisi xətdə qəzaların axtarışı, üçü müstəqil təmir ilə məşğul olur. Dronlardan istifadə Puerto-Rikonun mürəkkəb landşaftı və adi təmirçilərin həyatı üçün risklə əlaqədardır. Dronlar dərələr və meşə massivləri kimi çətin keçilən yerlərə daxil olaraq elektrikötürmə xətlərinin qırıq yerlərini avtonom şəkildə birləşdirə bilirlər.
Təmirçilər tərəfindən “AceCore Technologies” şirkətinin istehsalı olan “Zoe” pilotsuz uçan aparatlarından istifadə olunur. Qiyməti 18 min dollar təşkil edən aparatlar xüsusi avadanlıqlarla təchiz edilir, havada təxminən 40 dəqiqə qalır və göyərtəsində 7-8 kiloqram çəkidə yük qaldırırlar. Puerto-Rikoda dronlarla əlaqədar eksperimentin uğurlu olacağı təqdirdə belə qurğulardan ABŞ-da da istifadə planlaşdırılır.
Nizam Nuriyev
Puerto-Rikoda elektrik xətlərinin təmiri üçün dronlardan istifadə edilir
Puerto-Rikonun “Duke Energy” energetika şirkəti pilotsuz uçan aparatlardan istifadəyə başlayıb. Dronlar operatorlar vasitəsilə zədələnmiş elektrikötürmə xətlərini axtararaq onların təmirini həyata keçirirlər.“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, şirkətin balansında 5 xüsusi pilotsuz uçan aparat var: onların ikisi xətdə qəzaların axtarışı, üçü müstəqil təmir ilə məşğul olur. Dronlardan istifadə Puerto-Rikonun mürəkkəb landşaftı və adi təmirçilərin həyatı üçün risklə əlaqədardır. Dronlar dərələr və meşə massivləri kimi çətin keçilən yerlərə daxil olaraq elektrikötürmə xətlərinin qırıq yerlərini avtonom şəkildə birləşdirə bilirlər.
Təmirçilər tərəfindən “AceCore Technologies” şirkətinin istehsalı olan “Zoe” pilotsuz uçan aparatlarından istifadə olunur. Qiyməti 18 min dollar təşkil edən aparatlar xüsusi avadanlıqlarla təchiz edilir, havada təxminən 40 dəqiqə qalır və göyərtəsində 7-8 kiloqram çəkidə yük qaldırırlar. Puerto-Rikoda dronlarla əlaqədar eksperimentin uğurlu olacağı təqdirdə belə qurğulardan ABŞ-da da istifadə planlaşdırılır.
Nizam Nuriyev
Baxış sayı: 567
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet