Tarix:06/03/18
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, yaxın günlərdə başlayacaq yenilənmənin bir neçə həftə ərzində bütün müvafiq qurğularda quraşdırılacağı gözlənilir.
“Google” şirkətinin məlumatına görə, fevralda “Android 4.0.3-5.1” versiyasının aktiv “Android” qurğularında payı 42 faizə yaxın olub.
“Microsoft” korporasiyası 2017-ci ilin iyulunda bir sıra əməliyyat sistemləri üçün “Skype” proqramının dəstəklənməsini dayandırması nəticəsində milyonlarla istifadəçi servisdən yararlanmaq imkanından məhrum olub. Proqramdan istifadəni davam etdirmək üçün istifadəçilərdən daha müasir platformalara keçmək tələb olunub.
Rəsmi “Skype” dəstəyindən “Windows 8” və “Windows 8.1” əməliyyat sistemləri, eləcə də 4.0.2-dən aşağı “Android” versiyaları, “Blackberry OS 7.1” və daha aşağı versiyalar, “iOS 7” və daha aşağı versiyalar, “Mac OS X 10.8” və daha aşağı versiyalar məhrum olub. Bundan başqa bu, “Windows RT” və “Symbian OS” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğulara şamil edilib.
“Microsoft” korporasiyası “Windows Phone” istifadəçilərinə qurğu tərəfindən dəstəklənəcəyi təqdirdə daha yeni “Windows 10 Mobile” əməliyyat sistemini quraşdırmağı tövsiyə edir.
Nizam Nuriyev
Köhnə “Android” versiyaları ilə işləyən qurğularda “Skype” əlavəsindən istifadə bərpa olunub
Bir neçə gün əvvəl “Microsoft” korporasiyası “Android” əməliyyat sisteminin köhnə versiyalarının (o cümlədən Android 4.0.3 və Android 5.1) idarəetməsi ilə işləyən qurğular üçün “Skype” əlavəsinin yeni optimallaşdırılmış versiyasını təqdim edib.“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, yaxın günlərdə başlayacaq yenilənmənin bir neçə həftə ərzində bütün müvafiq qurğularda quraşdırılacağı gözlənilir.
“Google” şirkətinin məlumatına görə, fevralda “Android 4.0.3-5.1” versiyasının aktiv “Android” qurğularında payı 42 faizə yaxın olub.
“Microsoft” korporasiyası 2017-ci ilin iyulunda bir sıra əməliyyat sistemləri üçün “Skype” proqramının dəstəklənməsini dayandırması nəticəsində milyonlarla istifadəçi servisdən yararlanmaq imkanından məhrum olub. Proqramdan istifadəni davam etdirmək üçün istifadəçilərdən daha müasir platformalara keçmək tələb olunub.
Rəsmi “Skype” dəstəyindən “Windows 8” və “Windows 8.1” əməliyyat sistemləri, eləcə də 4.0.2-dən aşağı “Android” versiyaları, “Blackberry OS 7.1” və daha aşağı versiyalar, “iOS 7” və daha aşağı versiyalar, “Mac OS X 10.8” və daha aşağı versiyalar məhrum olub. Bundan başqa bu, “Windows RT” və “Symbian OS” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğulara şamil edilib.
“Microsoft” korporasiyası “Windows Phone” istifadəçilərinə qurğu tərəfindən dəstəklənəcəyi təqdirdə daha yeni “Windows 10 Mobile” əməliyyat sistemini quraşdırmağı tövsiyə edir.
Nizam Nuriyev
Baxış sayı: 341
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet